ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
TIMSS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏSİ TƏHSİL SİYASƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏ ALƏT KİMİ

Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin
qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə təhsilin səviyyəsini
müəyyən etməyə, mövcud problemləri araşdırmağa və nəticələrin
beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. Bu beynəlxalq
qiymətləndirmə tədqiqatlarından biri də TIMSS-dir (Riyaziyyat və Təbiət
Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə). Məqalədə beynəlxalq
qiymətləndirmələrdən milli təhsil sistemində necə istifadə olunduğundan,
fərqli yaş qruplarından olan şagirdlərin müxtəlif fənlər üzrə
hazırlığını, nailiyyətini və keyfiyyətə təsir edən amilləri müəyyən
etməklə dəlillərə əsaslanan siyasətin əhəmiyyətindən danışılır. Qeyd
olunur ki, TIMSS ölkələrin təhsil siyasətinin formalaşmasında
əhəmiyyətli rol oynayır, bir çox amillər üzrə təhsilin keyfiyyətinin digər
ölkələrlə müqayisə olunmasına imkan verir, təhsil sahəsində qarşıya
qoyulan məqsədə çatmaqda kömək edir. Riyaziyyat və Təbiət Elmləri
üzrə Beynəlxalq Qiymətləndirmə ölkələrin təhsil proqramlarından
şagirdlərə təhsil imkanlarının necə verildiyini və onların bu imkanlardan
istifadə etməsinə təsir edən amilləri nəzərdən keçirən əsas konsepsiya
kimi istifadə edir. TIMSS təhsil proqramına (kurikulum modeli) üç
aspektdən baxır: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum
və reallaşan kurikulum. Məqalədə bunların hər birinin izahı verilir.

Açar sözlər: TIMSS 2019, beynəlxalq qiymətləndirmə, riyaziyyat üzrə nəticələr, təbiət elmləri üzrə nəticələr, kurikulum, davamlı inkişaf məqsədləri.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ