ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanın TIMSS 2019 Nəticələrinin idrak sahələri baxımından Təhlili

Təhsil sahəsində uğurların artmasının bünövrəsində, ilk növbədə
şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi dayanır. Bu yolla
dünyanın bütün ölkələri həm təhsil sistemini müqayisəli şəkildə
qiymətləndirir, həm də nəticələrə əsasən təhsildə yeni yanaşmalar
meydana gəlir. Azərbaycan da dünyada keçirilən önəmli şagird
qiymətləndirmə proqramlarında iştirak edir. Bunlardan biri olan TIMSS
(Trends in International Mathematics and Science Study) riyaziyyat
və təbiət elmləri üzrə ümumi orta təhsilin keyfiyyətini qiymətləndirmək
üçün tətbiq olunan beynəlxalq tədqiqatdır. Qeyd edək ki, TIMSS 2019-
da ölkəmizi təmsil edən 4-cü sinif şagirdlərinin nəticələrində 2011-ci il
ilə müqayisədə xeyli artım müşahidə edilmişdir. Məqalədə idrak
sahələri baxımından riyaziyyat və təbiət elmləri üzrə şagirdlərin
nəticələrinin müxtəlif istiqamətlərdə təhlili əks olunmuşdur

Açar sözlər: TIMSS 2019, riyaziyyat, təbiət elmləri, idrak sahələri, bilmə, tətbiqetmə, əsaslandırma.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ