ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanın TIMMS 2019 nəticələrinin məzmun sahələri baxımından təhlili

Dünyada rəqabətin yüksəldiyi, texnologiya və elm tutumlu sahələrin
inkişafının insanların rifahının yaxşılaşmasına təsiri son dövrlər
keyfiyyətli təhsilin əhəmiyyətini daha da artırır. Xüsusilə yaxın
gələcəkdə rəqəmsal texnologiyaların həyatın müxtəlif sahələrində
istifadəsinin sürətlənəcəyi, elm və informasiya əsaslı sahələrin geniş
vüsət alacağı proqnozlaşdırılır. Bütün bu prosesləri nəzərə alaraq, milli
təhsil sistemləri həm məzmun və təhsil standartları, həm də tədris
metodlarını əmək bazarının tələbatlarına uyğunlaşdırmağa çalışır.
Riyaziyyat və təbiət elmləri üzrə biliklər müasir dövrdə insanların
həyatında müstəsna rol oynayır. Bu səbəbdən əsas elm sahələrinin
tədrisinə, həmçinin şagirdlərin biliyinin davamlı olaraq ölçülməsinə
ehtiyac duyulur. Həm milli, həm də beynəlxalq səviyyədə aparılan bu
cür qiymətləndirmələr təhsil sistemində mövcud olan problemlərin
aradan qaldırılmasına, tədrisin məzmun və metodik cəhətdən daha
da təkmilləşdirilməsinə kömək edir. Azərbaycan bir sıra nüfuzlu
beynəlxalq şagird qiymətləndirmə proqramlarında iştirak edir. Bunlardan
biri də 4 ildən bir keçirilən TIMSS – Riyaziyyat və Təbiət Elmləri
üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır. Bu proqramın 2019-cu
ildə keçirilən tədqiqat nəticələri 2020-ci il dekabrın əvvəlində elan
edilib. Respublikamızın iştirak etdiyi sayca 2-ci olan qiymətləndirmədə
ölkəmizi təxminən 5300 nəfər 4-cü sinif şagirdi təmsil edib.
Şagirdlərimiz riyaziyyat üzrə TIMSS beynəlxalq qiymətləndirməsində
515 balla əvvəlki dövrdən yaxşı nəticə göstərsə də, riyaziyyatın açar
olduğu təbiət elmləri üzrə əvvəlki dövr qiymətləndirmənin nəticəsindən
də aşağı, cəmi 427 bal toplayıblar. Geriləmənin səbəbi nədir? Məqalədə
bu suala məzmun baxımından cavab axtarılır.

Açar sözlər: Riyaziyyat, təbiət elmləri, şagird qiymətləndirmələri, məzmun, TIMSS.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ