ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
İnklüziv siniflərin təşkilində müəllim dəstəyinin rolu

Çağdaş dövrümüzdə sağlamlığı məhdud olan uşaqların korreksiyası
və inkişafı üçün müsbət bir şərt olaraq inklüziv baxış meydana
gəlmişdir. İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların digər
uşaqlarla bir yerdə bərabərhüquqlu təhsil alması üçün imkan yaradır.
İnklüziv təhsil mühiti erkən uşaqlıq dövründə olanlar üçün mürəkkəb
təcrübədir. Bu prosesi səmərəli şəkildə təşkil etmək üçün valideynlərlə
qarşılıqlı əlaqə qurulması çox vacibdir. Həmin ünsiyyət və əməkdaşlıq
təlim prosesində yaranan problemləri görməyə, onların həlli yolunda
uğurlu addım atmağa səbəb olacaq. Sağlamlıq imkanı məhdud olan
uşaqların ehtiyaclarını qarşılamaq üçün mövcud problemlərin həll
yollarına kompleks şəkildə yanaşmaq lazımdır. Təlimin təşkili zamanı
müxtəlif fənlər üzrə qazanılan biliklərdən məqsədəuyğun şəkildə
istifadə edilməlidir. İnklüziv təhsilin məqsədi müxtəlif səbəblərdən
cəmiyyətdən kənarda qalan uşaqların cəmiyyətə adaptasiyasını həyata
keçirməkdir. Bunun üçün, ilk növbədə sağlamlıq imkanlarının
məhdudluğunun səbəb olduğu “sosial dislokasiya”nı aradan qaldırmaq
və öyrənənin xüsusi təşkil olunmuş təhsildən səmərəli istifadəsini
təmin etmək lazımdır.

Açar sözlər: İnklüziv təhsil, məktəb, müəllim, dəstək, metod

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ