ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda distant təhsilin təşkili

Bütün sahələrin inkişafına təsir göstərən təhsil cəmiyyətin uğurlu
istiqamətə yönləndirilməsində və mütərəqqi ənənələr vasitəsilə yüksək
nailiyyətlərə çatmasında ən vacib istiqamətlərdən biri hesab edilir.
Müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti ictimai
həyatın bütün sahələrində, xüsusən təhsil sahəsində əsaslı dəyişiklikləri,
yeni strateji yanaşmaları zəruri etmişdir. Cəmiyyətin informasiyalaşdırılması
COVID-19 pandemiyası dövründə xüsusi aktuallıq kəsb
edən distant təhsil modelini formalaşdırır. Bu təhsilalma forması,
kompüterlərin və rabitə texnologiyalarının köməyi ilə həyata keçirildiyindən
məsafədən təhsil almaq istəyənlərin sayının artması müəyyən
çətinliklərə səbəb olur. Ona görə də müasir elm və təcrübə potensialının
öyrənilməsi istiqamətində Azərbaycanda məsafədən təhsilin inkişafı,
təhsilalanların motivasiyası, təhsilin keyfiyyəti, distant təhsil texnologiyalarının
metodiki və informasiya təminatı məsələlərinin öyrənilməsi
əsas vəzifələrdən biri hesab edilir.

Açar sözlər: Təhsil, distant, kompüter, təhsilalma forması, metod.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ