ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Təhsil müssisələrində mobbinq

Mobbinq iş yerində stress yaradan bir faktordur. Onun digər stress
amillərindən fərqi insanda mənfi təsirlərinin uzun müddət qalmasıdır.
Məqalədə müasir iş dünyasında daha çox rast gəlinən mobbinqin
ümumi izahı verilmiş, onun təsir dairəsi, nəticələri, təhsil müəssisələrində
mobbinq tətbiq olunan və onu tətbiq edənlərin xarakterik
xüsusiyyətlərinin izahı verilmişdir. Eyni zamanda təhsil müəssisələrində
mobbinqin necə təsir yaratdığı və ona nə üçün müraciət edildiyi
müəyyən edilməyə çalışılmışdır. Keyfiyyət araşdırması olan sənəd
analizi metodundan istifadə edilmiş və belə nəticəyə gəlinmişdir ki,
mobbinq tətbiq olunan təhsil müəssisələrində müəllimlər dərsə maraqlı
olmur, işə sədaqət prinsipi pozulur, ruh düşkünlüyü yaranır, bu neqativ
hallar isə təhsilin keyfiyyətində əks olunur.

Açar sözlər: Mobbinq, təhsil, müəllim, direktor, şagird

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ