ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
LİSEYLƏRDƏ “FİZİKA” FƏNNİ ÜZRƏ PROBLEM ƏSASLI TƏLİMDƏ “FİŞBOUN” ÜSULUNDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

Dünyada baş verən texnoloji proseslər liseylərdə “Fizika” fənninin
tədrisi zamanı da diqqətdən kənarda qalmayıb. Əksinə, fizika dərsində
yeni tədris modellərinin və metodlarının istifadəsi aktuallaşıb. Fizika
dərsində PBL (Problem-Based Learning – problem əsaslı təlim) modeli
və orada Fişboun təlim üsulunun diaqramından istifadə edilməsi bir
çox mürəkkəb fizika qanunlarının daha dərindən mənimsənilməsinə
kömək edir. Məqalədə liseylərdə fizika üzrə PBL dərslərin əhəmiyyəti
və bu dərslərdə Fişboun diaqramından istifadədən bəhs edilir. Qeyd
olunur ki, belə dərslər şagirdlərin elmi potensialını və tədris prosesi
zamanı qarşılaşdıqları problemləri məntiqi baxımdan həll etmək
qabiliyyətini yaxşılaşdırır. Ona görə də, liseylərdə Fişboun diaqramı ilə
PBL dərslərin keçirilməsi məqsədəuyğun hesab edilir. Məqalədə
həmçinin PBL dərslərinin tədris mərhələləri pedaqoji baxımdan
Fişboun diaqramı ilə ətraflı təhlil edilir və bəzi nümunələr verilir.

Açar sözlər: Fizika, PBL, Fişboun, lisey, fəal dərs.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ