ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Təhsildə Əsas Keyfiyyət Faktorları

Məqalədə təhsilin keyfiyyətində əsas rol oynayan amillərdən, bu sahədə mövcud olan nöqsanlardan və onların aradan qaldırılmasından bəhs edilir. Qeyd olunur ki, təhsilin qarşısında duran əsas vəzifə müasir standartlara cavab verən yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etməkdir. Bu sahədə yeni imkanlar əldə etmək üçün informasiya-kommunikasiya texnologiyalarının, habelə müəllim və tələbə əməyinin stimullaşdırılmasının mühüm rolu vardır. Məqalədə respublikamızın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi və Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırıldığı da vurğulanır. Qeyd olunur ki, müasir təhsil bütün detalları ilə innovativ təhsildir. Tətbiq olunan interaktiv təlim üsulları, müəllimin bələdçilik fəaliyyəti, müəllim-şagird münasibətlərində yeni yanaşmalar, konseptuallığı ilə səciyyələnən kurikulum islahatı, təhsil və tədris prosesinə yeni elmi-texniki avadanlıqların tətbiqi, qiymətləndirmə islahatı və bu sahədəki yeniliklər, təhsilalanların və təhsilverənlərin məzmunca dəyişməsi, İKT-dən istifadənin daha geniş vüsət alması bütövlükdə təhsilin innovasiyalaşdırılmasına xidmət edir. Belə nəticəyə gəlinir ki, təhsilin keyfiyyəti üçün hər kəs öz üzərinə düşəni yerinə yetirməli, müasir standartlara cavab verən tədris prosesindən istifadə edilməli, eləcə də təhsilin keyfiyyətinə təsir göstərən əsas amillər – müəllimlər, valideynlər, şagirdlər, motivasiya, liderlik, mühit, tədris qiymətləndirmə metodları və tədris planı – hər zaman diqqət mərkəzində olmalıdır.

DOI: 1234/12

Açar sözlər: Təhsil, təhsil sistemi, təhsilin keyfiyyəti, amil, tədris prosesi

TƏRƏFDAŞLARIMIZ