ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Rəqabətli İnsan Kapitalı İndeksində Keyfiyyət Təminat Amili

Məqalədə rəqabət qabiliyyətli, dayanıqlı insan kapitalının inkişafı istiqamətində ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin mənimsənilməsinin, insan kapitalının əmək bazarında özünü reallaşdırmasında mövcud problemlərin aradan qaldırılmasının vacibliyi vurğulanır. Qeyd olunur ki, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindəndir. Ona görə də XXI əsrin tələblərinə uyğu rəqabət qabiliyyətli insan kapitalı üçün keyfiyyət təminatı sistemi qurulmalı və ali məktəblərin ixtisaslar üzrə təhsil proqramları əmə bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Keyfiyyət təminatı sisteminin qurulması ali təhsil müəssisələrinin beynəlxalq imicinin formalaşmasında və rəqabət avantajı əldə etməsində əhəmiyyətli rol oynayır. Bu istiqamətdə keyfiyyət təminatı agentlikləri təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil pilləsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu qiymətləndirir. Məqalədə təhsil müəssisələri ilə məzunlar arasında əks-əlaqə, rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması, XXI əsrin tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində keyfiyyət təminatı sisteminin qurulması və ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də verilir.

Açar sözlər: Ali təhsil müəssisəsi, insan kapitalı, təhsildə keyfiyyət təminatı sistemi, beynəlxalq qiymətləndirmə, əmək bazarı

TƏRƏFDAŞLARIMIZ