ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Nizami Gəncəvi İrsindən Tədris Prosesində İstifadə İmkanları

Məqalədə milli təhsil quruculuğu sahəsində görülən işlərdən, dünya şöhrətli şair Nizami Gəncəvi irsinin gənc nəslə öyrədilməsində fənlərarası inteqrasiyanın imkanlarından bəhs olunur. Fizikanın tədrisi prosesində N.Gəncəvi irsinin əvəzsiz mənbə olduğu konkret nümunələrlə əsaslandırılır. Mütəfəkkir şairin ədəbi yaradıcılığında, əsərlərinin toplusu olan “Xəmsə”də irəli sürülən, öz dövrü üçün yenilik sayıla biləcək elmi mühakimə və hökmlərinin bugünkü əhəmiyyəti qeyd olunur. Məqalədə, həmçinin tədris prosesində fənlərin inteqrasiyası zamanı Nizami Gəncəvi irsinin imkanları araşdırılır, elmlə şeirin vəhdətindən yaranan poeziyanın uzun zamandan bəri tədqiqat obyektinə çevrilməsinə baxmayaraq, hələ də şagirdlərin Nizami irsindən bəhrələnməsinə ehtiyacın olması öz əksini tapır.

Açar sözlər: Nizami Gəncəvi, təbiətşünaslıq, hərəkət, Günəş, səma, planet

TƏRƏFDAŞLARIMIZ