ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Ali Təhsil Müəssisələrinin Beynəlxalq Rəqabət Qabiliyyəti: Reytinq Metodologiyası

Məqalədə Azərbaycan Respublikasında ali təhsil müəssisələrində reytinq sistemi üzrə işin təkmilləşdirilməsi üçün beynəlxalq, milli və profil üzrə müvafiq sistemlərin tarixi və zəruri istiqamətləri araşdırılmış, hər bir istiqamət üzrə uyğunluğu təmin edəcək başlıca parametrlər müəyyənləşdirilmişdir. Pedaqoji/akademik heyətin keyfiyyəti və onların əsərlərinə edilən iqtibas tezliyi, məzunların iş təminatı və əmək bazarında keyfiyyət göstəriciləri, əcnəbi tələbələr üzrə qəbul faizi, elmi tədqiqatların aparılması sahəsində liderlik, tədqiqat işlərinin əhəmiyyətlilik dərəcəsinin yaxşılaşdırılması üzrə müvafiq təkliflər hazırlanmışdır. Ranqlaşdırma, reytinq sisteminin müəyyənləşdirilməsi üzrə işin öyrənilməsi, anlayışların mahiyyətinin nəzəri ümumiləşdirmələr aparmaqla əsaslandırılması, ali təhsil müəssisələrinin keyfiyyətinin müqayisəsi ali təhsilin keyfiyyətinin yüksəldilməsi alətlərindən biridir. Azərbaycan Respublikasında ali təhsil sistemi üçün qarşıda duran zəruri məsələni, ali təhsilin hazırkı vəziyyətini nəzərə almaqla elmi cəhətdən əsaslandırılmış metodikanın formalaşdırılması və təkmilləşdirilməsi, keyfiyyətin qiymətləndirilməsi və reytinqin qurulması sahəsində dünya təcrübəsindən istifadənin hansı səviyyədə mümkünlüyünün təyin edilməsi məsələləri problem olaraq qarşıya qoyulmuş, pedaqoji müstəvidə təhlil və müqayisə edilmişdir.

Açar sözlər: Beynəlxalq reytinq, milli reytinq, profil üzrə reytinq, reytinq metodologiyası, THE-QS reytinqi, ARWU – Şanxay reytinqi, H-indeksi

TƏRƏFDAŞLARIMIZ