ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Formativ Qiymətləndirmədə Düzgün Əks-Əlaqə və Şagird Nailiyyətlərinin Qiymətləndirilməsində Onun Rolu

Formativ qiymətləndirmənin əsas komponentlərindən biri olan əksəlaqənin tapşırıqların icrası zamanı düzgün qurulması və tapşırıqyönlü olması şagird nailiyyətlərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Lakin tədqiqat və müşahidələr göstərir ki, müəllimlərin şagirdlərə tapşırıqla bağlı verdiyi rəy bir çox hallarda eqoyönlüdür, ona görə də onların inkişafında səhvlərinin daha düzgün təhlilində ciddi rol oynaya bilmir. Bir çox hallarda isə həmin rəylər şagirddə prosesə qarşı marağı azaldır. Hətta bu cür rəylərin təsir imkanı o qədər güclüdür ki, düzgün qurulmayan əks-əlaqə bəzən şagirdlərdə özünəinamsızlıq, ruh düşkünlüyü və s. yarada bilir. Konstruktiv, yəni düzgün əks-əlaqə isə şagirddə motivasiya yaradaraq, onu işə daha məsuliyyətlə yanaşmağa sövq edir, düşündürür və “Öyrənilmiş çarəsizlik” sindromundan xilas edir. Beləliklə, effektiv və tapşırıqyönlü əks-əlaqə tapşırıqlarla bağlı verilən tərif və ya tənqid deyil, nəyi və necə etmək barədə düzgün, qərəzsiz istiqamətləndirmədir. Bu cür əks-əlaqə (feedback) şagird nailiyyətlərinin artmasına ciddi təsir göstərə bilir. Beynəlxalq araşdırmalar və yerli müşahidələrə istinadən qeyd etmək mümkündür ki, qiymətləndirmə prosesində özünəməxsus və həssas yer tutan rəyvermə prosesinə müəllimlər arasında səthi yanaşma mövcuddur. Beləliklə, şagird motivasiyasına təsir edən effektiv əks-əlaqə mexanizminin işlənilməsinə və müəllimlərdə düzgün əks-əlaqə təfəkkürünün formalaşdırılması ilə bağlı işlərin görülməsinə ehtiyac duyulur.
 

Açar sözlər: Formativ qiymətləndirmə, əks-əlaqə, şagird, müəllim, öyrənmə

TƏRƏFDAŞLARIMIZ