ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
XVI-XIX Əsrlərdə Qarabağın Ənənəvi Təhsil Ocaqları

XIX əsrdə Rusiyanın nəzarəti altındakı bütün müsəlman-türk ölkələrində olduğu kimi Qarabağ bölgəsində də mərhələli müasirləşmə prosesi başlandı. Bu özünü, ilk növbədə təhsil sahəsində göstərirdi. Çar Rusiyasının işğalından sonra Azərbaycanda açılan rus-tatar məktəbləri ilə başlayan müasirləşmə prosesi daha sonra cədidçilərin açdıqları milli xarakterli məktəblərlə davam etdirildi. Nəticədə, XX əsrin əvvəllərində Qarabağda kifayət qədər təsirli intellektual kütlə formalaşdı ki, onlar da Azərbaycanın mədəni-ictimai həyatında mühüm rol oynadılar. Tarix boyu Qarabağ bölgəsi təlim-tərbiyə mərkəzlərinə sahib olub. XVI-XIX əsrlərdə fəaliyyət göstərən bu mərkəzlər Qarabağın elmimədəni, sosial-ictimai inkişafında böyük rol oynayıblar. Rus işğalından sonra da mövcudluğunu davam etdirən həmin ənənəvi təhsil ocaqları Qarabağda elm adamları və ədiblərlə birlikdə çoxlu sayda sənətkar da yetişdirib.
 

Açar sözlər: Təhsil, vəqf, məktəb, mədrəsə, məscid

TƏRƏFDAŞLARIMIZ