ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Təhsil və Tərbiyədə Musiqi Amili
Musiqi qüdrətli estetik tərbiyə vasitəsi olub, ümumi təfəkkürün, fəal qavrama və əməli fəaliyyətin inkişafında, şagirdlərin təlimə marağının artırılması və onlar üçün öyrənmənin asanlaşdırılmasında böyük rol oynayır. Məqalədə həm təhsilin məzmununun, həm də öyrətmə strategiyalarının hər bir şagirdi öyrənməyə həvəsləndirməsi üçün musiqinin təlim motivasiyasına və digər faktorlara təsir vasitələri ilə bağlı elmi-nəzəri, praktik tövsiyələr verilir. Qeyd olunur ki, müasir  təhsil metodları şagirdlərin təhsilə dair istək və gözləntilərini öyrənmək əsasında qurulmalı, yəni şagirdlər mühitə deyil, mühit şagirdlərin tələbat və maraqlarına uyğunlaşdırılmalıdır. Musiqinin şagirdlərin təlim və tərbiyə motivinə psixoloji təsirinin öyrənilməsi təhsil quruculuğunun indiki mərhələsində daha aktualdır. Çünki bu dövr təhsilalanların daha çox diqqət yetirilməli, böhranlı, münasibət və davranışlarında müsbət və ya mənfi meyillərin yarana biləcəyi keçid dövrüdür.

Açar sözlər:

TƏRƏFDAŞLARIMIZ