ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Lütfi Zadənin irsi və qeyri-səlis məntiqin humanistik sistemlərin davranışlarının öyrənilməsində əhəmiyyəti

2017-ci il sentyabrın 6-da Berkli şəhərində (ABŞ, Kaliforniya) zəmanəmizin böyük alimi Lütfi Əsgər Zadə 97 yaşında vəfat etdi. Tətbiqi riyaziyyat və süni intellekt nəzəriyyəsinin bir sıra əsas elmi istiqamətlərinin banisi olan L.Zadənin şəxsiyyətində dünya elmi əvəzolunmaz itki ilə üzləşdi. Professor L.Zadə ətraf mühit haqqında mövcud təsəvvürləri sürətlə dəyişən yeni fundamental elmi paradiqmaları yaratmağa qadir olan azsaylı alimlərdən biri idi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və linqvistik dəyişənlərin əsaslarının təməlini qoyan elmi tədqiqatları alimə dünya şöhrəti qazandırmışdır. L.Zadə qeyri-səlis məntiqin və təqribi mühakimə nəzəriyyəsinin tək banisi, eyni zamanda mümkünlük nəzəriyyəsinin və ümumi qeyri-müəyyənlik nəzəriyyəsinin, Z-ədədləri və ümumiləşdirilmiş məhdudiyyətlər nəzəriyyəsinin, dənəvər (qranulyar) və yumşaq hesablamaların müəllifidir.

Açar sözlər: Humanistik sistem, linqvistik dəyişən, qeyri-səlis çoxluq, qeyri-səlis məntiq

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ