ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda inklüziv təhsil: xüsusi təhsil ehtiyacları olan şagirdlərin inklüziv təhsil müəssisələrindəki təcrübələri

Tədqiqat Azərbaycanda inklüziv təhsil kontekstində xüsusi təhsil
ehtiyacları olan şagirdlərin məktəb təcrübəsini öyrənmək məqsədi
daşıyır. Məqalədə həmyaşıdlarının münasibətlərinə, təhsil ehtiyacları
olan şagirdlərdə məktəbə mənsubiyyət hissinə, inklüziv təhsilin
imkanlarına və qarşılaşdıqları maneələrə aydınlıq gətirilir. Qeyd olunur
ki, bu tədqiqatın aparılmasına zərurət Azərbaycanda inklüziv təhsil
haqqında kifayət qədər elmi araşdırmaların olmaması səbəbindən
yaranıb. Tədqiqat xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə aparılan işin
nəticəsinə uyğun olaraq yazılıb. Əlilliyin sosial modeli və mənsubiyyət
nəzəriyyəsi xüsusi təhsilə ehtiyacı olan şagirdlərin məktəb təcrübəsini
araşdırmaq üçün uyğunlaşdırılıb. Tədqiqatın metodları: etnoqrafik
dizayn, müşahidə, şagird və müəllimlərlə müsahibə, uşaqlara aid
sənədlərin təhlili, inklüziv təhsillə bağlı normativ-hüquqi sənədlərin
araşdırılması, ümumiləşdirmə, şagirdlərin fəaliyyət məhsullarının təhlili.

Açar sözlər: İnklüziv təhsil, xüsusi təhsil ehtiyacları olan şagirdlər, Azərbaycan, məktəb təcrübələri, təşviq və maneələr

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ