ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
İnklüziv təhsildə təlimin təşkili prinsipləri: perspektivlər və nəticələr

Məqalədə Azərbaycanda inklüziv təhsildə təlimin təşkili prosesi, bu
sahədə qəbul olunan qanunların reallaşdırılması, həyata keçirilən
dövlət proqramlarının nəticələri, eləcə də rast gəlinən çətinliklərin
aradan qaldırılması yolları araşdırılır. Ölkəmizdə inklüziv təhsilin tətbiq
olunduğu məktəbəqədər müəssisələr və ümumtəhsil məktəblərinin
sağlamlıq imkanları məhdud uşaqların sayına nisbətdə azlıq təşkil
etməsi, xüsusilə regionlarda bu kateqoriyadan olan uşaqların belə
müəssisələrə cəlb olunmasındakı ciddi problemlər, valideynlərin evdə
təhsili üstün tutmasının səbəbləri təhlil olunur. Məqalədə inklüziv
təhsillə bağlı digər problemlərin, o cümlədən sağlamlıq imkanları
məhdud uşaqlar üçün xüsusi proqram, dərslik və qiymətləndirmə
metodları ilə bağlı çatışmazlıq, dərsdənkənar fəaliyyət növlərini əhatə
edən dövlət hesablı mərkəzlərin sayının, habelə bu sahədə layihələrin,
proqramların az olması kimi məsələlərə də diqqət yetirilir. İnklüziv
təhsildə təlimin təşkili zamanı yaranacaq maneələrin ləğvi üçün xüsusi
pedaqoji kollektivin fəaliyyət planları hazırlaması və ali təhsil
müəssisələrinin də bu prosesə cəlb olunması tövsiyə olunur.

Açar sözlər: İnklüziv təhsil, sağlamlıq imkanları məhdud uşaqlar, pedaqoji proses, təlim, tərbiyə

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ