ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları

Pedaqoji ədəbiyyatda özünüqiymətləndirməyə böyük maraq göstərilməsi
tədris və təlim konsepsiyasında baş verən dəyişikliklərdən
qaynaqlanır. Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması
olduqca mürəkkəb prosesdir. Lakin asandan çətinə
doğru tətbiq edilən bu mexanizm mərhələli şəkildə aparıldıqda qarşıya
qoyulmuş hədəfə çatmaq olur. Reallıq budur ki, özünüqiymətləndirmədən
nadir hallarda istifadə olunur. Bəzi hallarda onun obyektivliyi
şübhə altına alınır, çünki şagirdlərin əksəriyyəti özünüqiymətləndirmənin
mahiyyətini düzgün dərk etmir, bu məqsədlə verilən sual
və tapşırıq nümunələrini olduğundan yüksək qiymətləndirməyə meyilli
olurlar. Özünüqiymətləndirmənin uğurla həyata keçirilməsi üçün
müəllim bu qiymətləndirmə üsulu ilə bağlı yetərli biliyə sahib olmalı,
onun vasitələri, növləri və eyni zamanda təşkilinə verilən tələbləri
bilməlidir. Bu, təlim prosesinin ayrılmaz bir hissəsi hesab edilməli,
planlı və sistemli şəkildə həyata keçirilməlidir. Özünüqiymətləndirmə
barədə müəllimlərin dərin biliklərə malik olması üçün metodik
tövsiyələr hazırlanmalı və xüsusilə dərslik komplektinin mühüm komponenti
olan metodik vəsaitlərdə geniş yer ayrılmalıdır. Eyni zamanda
şagirdlər özünüqiymətləndirməyə alışdırılmalı və bu, təlim prosesinin
mühüm komponentinə çevrilməlidir.

Açar sözlər: Özünüqiymətləndirmə, tədris, təlim, bilik, bacarıq

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ