ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər

Təhsil cəmiyyətin inkişaf səviyyəsinə təsir edən, eyni zamanda onun
inkişaf səviyyəsinin təsiri altında formalaşan bir sistemdir. Müəllimin
bu istiqamətdə aparıcı rolu onu təhsilin önəmli qüvvəsinə çevirmişdir.
Odur ki, müəllim fəaliyyəti təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas
amillərdəndir. Araşdırmalar göstərir ki, bir çox ölkələrdə fəaliyyətin
dəyərləndirilməsi zəif tərəflərin aşkarlanaraq aradan qaldırılmasına,
müəllimin etibarını zədələmədən peşəkar inkişafına yönəlmişdir.
Tədqiqatın məqsədi müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə
beynəlxalq təcrübəni araşdırmaq və nəticələri yerli təhsil mühiti ilə
uzlaşdıraraq Azərbaycan modelinin yaradılması istiqamətində təkliflər
hazırlamaqdır. Tədqiqat işində araşdırılan məsələlərin nəzəri və
metodoloji bazasını müxtəlif tədqiqatçıların elmi işləri, cari rəsmi
sənədlər, mətbuatdakı məlumatlar təşkil edir. Problemin tədqiqində
təhlil və sintez, sistemli və struktur yanaşma kimi metodlardan istifadə
edilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, buraya
cəlb olunan modellər, təkliflər bu istiqamətdə Azərbaycan modelinin
yaradılmasında, həmçinin gələcəkdə monoqrafiya və məqalələrin
yazılmasında istifadə edilə bilər.

Açar sözlər: Müəllim fəaliyyəti, fəaliyyətin dəyərləndirilməsi, fəaliyyətə təşviqetmə, İƏİT (OECD), beynəlxalq modellər

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ