ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi

Hazırda texnologiya və elmin, buna paralel olaraq da sənayeləşmənin
inkişaf etdiyi ölkələrdə yeni texnoloji sistemlərin kütləvi tətbiqi xüsusi
keyfiyyətlərə malik insan kapitalının yetişdirilməsinə ehtiyac yaratmışdır.
Keyfiyyətli insan yetişdirilməsi üçün həm də müasir tələblərə
cavab verən, yeni məzmunlu texniki peşə təhsili qurulmalı və bu zaman
təhsilalanlara müasir texnoloji metodların mənimsədilməsi əsas
götürülməlidir. Sözsüz ki, texniki peşə məktəblərində verilən bu nəzəri
və praktiki biliklər təkbaşına qənaətbəxş olmayacaqdır. Avropada ən
güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərə kimi
ölkələrin peşə təhsili modeli digər ölkələrinkindən kəskin surətdə
fərqlənir. Bu modellər Azərbaycan peşə təhsili sisteminə uyğunlaşdırılaraq
tətbiq olunur. Dünyadakı peşə təhsili modelləri əsasında
formalaşan, inkişaf edən Azərbaycan peşə təhsili sistemində bəzi
məqamlarda kökü müxtəlif səbəblərə dayanan problemlər meydana
çıxır. Ona görə də, Azərbaycanda peşə təhsilinin gələcəkdə güclü
modelə çevrilməsi üçün qabaqcadan yarana biləcək problemlər
proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır. Bir sözlə, peşə
təhsili peşəkar mütəxəssislər və tədqiqatçılar tərəfindən qiymətləndirilməli,
məqsədyönlü, səmərəli təkliflər hazırlanmalıdır. Çünki
Azərbaycanda praktiki tədqiqatların aparılmaması problemlərin həllini
ləngidir. Məqalədə bütün bunlardan bəhs olunur və o da qeyd olunur
ki, peşə təhsilində qiymətləndirmə müxtəlif faktorlar əsasında
mümkündür və bu zaman onun yetişdirdiyi fərdlərin fikirlərinin də
nəzərə alınması lazımdır. Bu məsələ tədqiqatın əsas predmetinə
çevrilmişdir.

Açar sözlər: Peşə təhsili, peşə liseyləri, təhsilalanlar, peşə təhsili modelləri, qiymətləndirmə

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ