ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Təhsildə motivasiya və özünəinamın formalaşdırılması

Təhsil sahəsində kifayət qədər elmi-nəzəri bilik və təcrübi bacarıqların
formalaşması ümumtəhsil sistemində kurikulum islahatının həyata
keçirilməsi istiqamətində mühüm və qəti addımların atılmasına səbəb
olur. Kurikulum islahatının əsasında təlimin təkcə məzmununun deyil,
metod və vasitələrinin də əsaslı şəkildə yeniləşdirilməsi dayanır. Başqa
sözlə, yeni texnologiyaların tətbiqi zərurətə çevrilir. Kiçik yaşlı şagirdlər
qiymətləndirməyə xüsusi önəm verirlər. Belə ki, təlim uğurlarının yüksək
qiymətləndirilməsi onları daha da həvəsləndirir. Nəzərə alınması ən
vacib şərtlərdən biri də cəzaların tətbiqi ilə bağlıdır. Unutmaq olmaz
ki, şagirdləri (ümumiyyətlə, uşaqları) sinif yoldaşlarının yanında və ya
digər kənar şəxslərin yanında cəzalandırmaq, tənbeh etmək olmaz.
Bu onların təlim motivasiyalarına mənfi təsir göstərməklə yanaşı, həm
də özünüqiymətləndirmənin zəifləməsinə, utancaqlıq hissinin formalaşmasına
və digər ciddi xarakterli psixoloji gərginliyə səbəb ola bilər.

Açar sözlər: Təhsil, peşə, motivasiya, müəllim, özünəinam

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ