ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti

Məqalədə Təhsil İnstitutunun yaranması zərurəti haqqında məlumat
verilir. Milli elmi kadr hazırlığı, aspiranturanın yaradılması tarixi, onun
inkişaf yolu və müasir mərhələdə nailiyyətləri göstərilir. İnstitutun
keçdiyi tarixi inkişaf yolu araşdırılır, məktəb və pedaqoji fikir tarixinə
verdiyi töhfələrdən bəhs edilir. Müasir qloballaşma prosesi insanların
təfəkkürünün yeni reallıqlara uyğunlaşmasını, genişmiqyaslı
informasiyanı təhlil etməklə operativ qərarlar verməyi bacaran yeni
nəsil kadrların hazırlanmasını tələb edir. Bu şəraitdə ali təhsil sistemi
xüsusi funksiya yerinə yetirir. Ölkədə təhsil siyasətinin informasiyatexnoloji,
texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti
şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan kreativ
düşüncəli mütəxəssislər hazırlanması prioritet məsələ kimi qabardılır.
İnstituta müxtəlif illərdə rəhbərlik edən şəxslər haqqında məlumat
verilir. Aspiranturanın təşkil edildiyi vaxtdan bu günədək burada təhsil
almış, onlara rəhbərlik etmiş alimlər barədə qısa məlumat verilir.
İnstitutda aspirant, doktorant və dissertant hazırlığı probleminə nəzər
salınır və bu sahədə yeniliklər diqqətə çatdırılır.

Açar sözlər: Elmi, pedaqoji, kadr hazırlığı, təhsil, aspirantura, doktorantura, dissertantura, dissertasiya

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ