ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Professor Əhməd Seyidovun pedaqoji fikrin formalaşmasına dair araşdırmaları “Azərbaycan məktəbi” kontekstində

Azərbaycanda pedaqoji fikrin inkişaf tarixində xüsusi yeri olan pedaqoji
elmlər doktoru, əməkdar elm xadimi, professor Əhməd Seyidovun
elmi-pedaqoji fəaliyyətində əsas məqsəd xalqımızın zəngin pedaqoji
ideyalar tarixinin araşdırılması, onun sistemli şəkildə öyrənilməsi
olmuşdur. O, pedaqoji fikrimizin bütöv bir mərhələsini tədqiq edərək
milli-mənəvi xəzinəmizə əvəzsiz töhfələr vermişdir. Böyük alim Azərbaycan
maarifçiləri A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ə.Şirvani,
H.Zərdabi, M.Füzuli, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə haqqında
fundamental tədqiqatlar aparmışdır. Ə.Seyidov pedaqogikanın tarixi
ilə bərabər, nəzəriyyəsi ilə də məşğul olaraq bu problemlərə dair öz
əhəmiyyətini itirməyən 100-dən artıq əsər və məqalə yazmışdır. Ə.Seyidovun
elmi-pedaqoji fikirlərinin təbliğində “Azərbaycan məktəbi” jurnalı
mərkəzi yerlərdən birini tutur. Azərbaycanın bir çox görkəmli alimləri
kimi onun da ən yaxşı araşdırmaları məhz bu jurnalda çap olunmuşdur.
Bu faktlar jurnalın pedaqogika elminin və pedaqoji fikrin formalaşmasındakı
rolunun böyüklüyünü bir daha aydın göstərir.

Açar sözlər: Pedaqoji mətbuat, pedaqoji fikir, pedaqoji maarifləndirmə, şəxsiyyətin formalaşdırılması, pedaqoji nəzəriyyə, klassik pedaqogika, kontekst, tədqiqat bacarıqları

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ