ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL

BAŞ REDAKTORDAN

Əziz oxucu! 

“Azərbaycan məktəbi” jurnalının 2021-ci il üçün ikinci sayı ilə qarşınızdayıq. Jurnalı çap versiyasından da, internet səhifəmizdən də oxuya bilərsiniz. Bunu mümkün edən elmin nailiyyətləridir. Elmin də təbiətin sirlərini öyrənməyi dayandırmamasını mümkün edən təhsilin fasiləsiz olaraq davam etməsidir. Təhsilin fasiləsiz davam etməsini mümkün edən isə yenə də elmin əldə etdiyi uğurlardır. Yəni təhsil və elm bir-birini inkişaf etdirən, bəsləyən iki sonsuz mənbədir. Pandemiyanın gətirdiyi sərhədləri də elmin töhfələrindən, informasiya-kommunikasiya texnologiyalarından, distant öyrənmə metodlarından istifadə vasitəsilə aşıb təhsili davam etdirə bilirik. Davam etdiririk ki, heç zaman çətinliklərin qarşısında çarəsiz qalmayaq. Biz də həmin nailiyyətləri sizə çatdırmağa davam edirik. Onların faydalı olacağına, yeni üfüqlərə yol açacağına inamımız böyükdür.

“Azərbaycan məktəbi” ilə təhsili davam etdirənlərdən olun!

Əziz oxucu! 

1924-cü ildən işıq üzü görən “Azərbaycan məktəbi” jurnalının yeni sayları ilə qarşınızdayıq. Jurnalın ilk adlarından biri “Müəllimə kömək” olub. Adımız dəyişib. Amma məqsədimiz heç zaman dəyişməyib. Bütün dövrlərdə Azərbaycan müəlliminin, təhsil və elm üçün çalışanların yanında olmuşuq və olacağıq. Təhsilimizin dünyanın yeni çağırışları ilə ayaqlaşması üçün həmişə oxucularımıza çıraq olmağa çalışacağıq. Elmimizin gerçəklik axtarışında əldə etdiyi yeni biliklərin dünyaya çatdırılmasının qayğısına qalacağıq. İndi Azərbaycan tarixi Qarabağa böyük qayıdış dövrünü yaşayır. Bu şərəfli tarixin yazılmasında Azərbaycan məktəbinin nəhəng rolu danılmazdır. Əminik ki, bu tarixi dövr jurnalımızın da böyük qayıdışı olacaq! 

“Azərbaycan məktəbi”nin yolunu tutanlardan olun!

TƏRƏFDAŞLARIMIZ