ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL

MƏQALƏ MÜƏLLİFLƏRİ ÜÇÜN TƏLİMAT

  1. Təqdim edilən məqalə orijinal olmalı, əvvəllər hansısa nəşrdə yayımlanmamalıdır
  2. Məqalənin məzmunu və quruluşu aşağıdakı hissələrdən ibarət olmalıdır:
     -problemin qoyuluşu (məqalədə həlli axtarılan məsələ);
    - məsələnin həlli üçün mövcud metodoloji yanaşmaların təhlili;
     -tədqiqat hissəsi;dəlillər sistemi və elmi əsaslandırma;
     -tədqiqatın nəticələri;
     -istifadə edilmiş ədəbiyyat.
  3. Məqalənin həcmi 40 min simvoldan (və ya 8 min sözdən) artıq olmamalıdır.
  4. Məqalənin birinci səhifəsində (Azərbaycan və İngilis dillərində) aşağıdakı məlumatlar yer alır:
    müəllifin adı, soyadı; 
    müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı);
    məqalənin adı; məqalənin xülasəsi (maksimum 200 söz); 
    açar sözlər (5-7 söz).
  5. Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı əlifba sırası ilə (əvvəl Azərbaycan dilində, sonra xarici dildə), APA Citation formatında aşağıdakı nümunələrə əsasən verilir: 
    Kitablara istinad: Əliyev, F. Ə., Ağayev, Ş. S. (2011). Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri. Bakı, Elm nəşriyyatı, 151 s. 
    Jurnallara istinad: Mikayılova, Ü. (2019). Azərbaycanda inklüziv təhsil islahatları. Azərbaycan məktəbi. №3, səh. 37-48. 
    İnternet səhifələri: UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list
  6. Əlyazmalar Microsoft Word formatında qəbul olunur.
  7. E-mail: [email protected]
«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ