ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
2021 - 2
access type Open Access

Say: 695

ISSN (Print): 0134-3289

ISSN (Onlayn): 2617-8060

Dövrilik: İldə 4 dəfə


BAŞ REDAKTORDAN

Əziz oxucu! “Azərbaycan məktəbi” jurnalının 2021-ci il üçün ikinci sayı ilə qarşınızdayıq. Jurnalı çap versiyasından da, internet səhifəmizdən də oxuya bilərsiniz. Bunu mümkün edən elmin nailiyyətləridir. Elmin də təbiətin sirlərini öyrənməyi dayandırmamasını mümkün edən təhsilin fasiləsiz olaraq davam etməsidir. Təhsilin fasiləsiz davam etməsini mümkün edən isə yenə də elmin əldə etdiyi uğurlardır. Yəni təhsil və elm bir-birini inkişaf etdirən, bəsləyən iki sonsuz mənbədir. Pandemiyanın gətirdiyi sərhədləri də elmin töhfələrindən, informasiya-kommunikasiya texnologiyalarından, distant öyrənmə metodlarından istifadə vasitəsilə aşıb təhsili davam etdirə bilirik. Davam etdiririk ki, heç zaman çətinliklərin qarşısında çarəsiz qalmayaq. Biz də həmin nailiyyətləri sizə çatdırmağa davam edirik. Onların faydalı olacağına, yeni üfüqlərə yol açacağına inamımız böyükdür. “Azərbaycan məktəbi” ilə təhsili davam etdirənlərdən olun!


 

MƏQALƏLƏR

Bahar Bəylərova-Ələkbərova


«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ