AZƏRBAYCANLI MÜHACİR VALİDEYNLƏRİN MƏKTƏBLƏ ƏMƏKDAŞLIĞININ ONLARIN ÖVLADLARININ AKADEMİK NAİLİYYƏTLƏRİNƏ TƏSİRİ




Bu məqalədə azərbaycanlı mühacir valideynlərin ABŞ məktəbləri ilə əməkdaşlığı və övladlarının akademik nailiyyətləri arasındakı əlaqə
araşdırılır. Araşdırmada C. Epsteynin (J. Epstein) “Valideyn fəaliyyətinin altı növü” (2009) və H. Qelbakın (H. Gehlbach) “Ailə-məktəb  münasibətləri” (2015) sorğularından uyğunlaşdırılmış maddələrdən istifadə edilib. Sorğunun birinci hissəsi dörd bölmədən (valideynlik, ünsiyyət, könüllülük və əməkdaşlıq), ikinci hissəsi uşaqların akademik nailiyyətləri ilə bağlı suallardan, üçüncü hissəsi isə valideynlərlə bağlı demoqrafik suallardan ibarətdir. Tədqiqat işində “Valideynlərin məktəblə əməkdaşlığı azərbaycanlı mühacir uşaqlarının akademik nailiyyətlərini proqnozlaşdıra bilərmi?” sualına cavab axtarılır. Müstəqil və asılı dəyişənlərlə sıra ilə statistik təhlil üçün Pearson χ2 testi (Chi-square) keçirilib. Məlumatların təhlili müstəqil və asılı dəyişənlər arasında statistik əhəmiyyətli fərqin olduğunu göstərib. Bu səbəbdən sıfır hipotezi (H0) rədd edilə bilməyib (dəyişənlər arasında heç bir təsir və ya əlaqə yoxdur). Tədqiqatın nəticəsi olaraq belə qənaətə gəlmək olar ki, azərbaycanlı valideynlərin Amerika məktəblərində iştirakı onların övladlarının akademik nailiyyətlərinə təsir  etmir.