PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ MƏRHƏLƏLİ TƏŞKİLİNİN YENİ MODELİ VƏ ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR
Bu tədqiqatda məqsəd müəllim hazırlığının təşkilinin səmərəliliyini yüksəltmək baxımından işlənmiş məzmun və texnologiyaların mərhələli təşkilinin yeni modelinin 2009-2017-ci illərdə tətbiqindən əldə edilən nəticələrin təhlilindən, həmin modelin əhəmiyyətlilik səviyyəsinin dəyərləndirilməsindən ibarətdir. 270 saatı əhatə edən proqram üzrə dörd semestr ərzində tədris edilən eksperimental fənnin müəllim hazırlığına təsirini öyrənmək üçün Quizi-eksperimental tədqiqat növündən istifadə edilib. Bu tədqiqat növü keçmişdə həyata keçirilən eksperimentin nəticələrinin səbəblərinin öyrənilməsi baxımından əhəmiyyətli hesab edilib. Statistik əhali eksperimental fənn tətbiq edilən ali təhsil müəssisələrinin müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak edən 10360 nəfər məzunudur. “Səbəbqarşılaşdırma” metodunun “müdaxilənin nəticələrinin tədqiqi” texnikasından yararlanmaqla əldə edilən nəticələr belə qənaətə gəlməyə əsas verir ki, pedaqoji təhsilin məzmun və texnologiyalarının mərhələli təşkilinə əsaslanan eksperimental fənn tədris edilmiş ixtisasın məzunları MİQ imtahanlarında bu fənn tədris edilməyən ixtisasın məzunlarından bir çox hallarda yüksək nəticələr nümayiş etdiriblər. Məlum olub ki, pedaqoji təhsilin məzmun və texnologiyaları, hətta bir fənn çərçivəsində belə 4 semestr boyu mərhələli təşkil edildikdə birincilərin yüksək nəticələr nümayiş etdirmə (85,4%) imkanı ikincilərdən (48,4%) 1,76 dəfə artıqdır.
Cəmiyyətin maraq və ehtiyacları durmadan dəyişdikcə təhsil sisteminin də məqsəd və vəzifələri müvafiq olaraq yenilənir. Sistemin məqsəd və vəzifələrinin reallaşmasının əsas açarı dəyişən tələblərə cavab verən müəllim kadrlarıdır. Bu baxımdan, zamanın tələblərinə cavab verən təhsil sisteminin qurulması böy
ük əhəmiyyət kəsb edir. Respublikamızda da bu istiqamətdə ciddi araşdırmalar həyata keçirilir. 2009-2011-ci illərdə Respublikanın üç ali təhsil müəssisəsində tətbiq olunub, tədrisi faktiki olaraq 2017-ci ilə qədər davam etdirilən yeni model üzrə həyata keçirilən eksperimentlər belə tədqiqatlardan hesab edilə bilər. Sözügedən yeni modeldə pedaqoji təhsilin məzmun və texnologiyalarının mərhələli təşkili əsas götürülüb, “özünütəyin”, “özünütəşkil”, “elmipedaqoji təşəkkül”, “özünütəkmilləşdirmə”, “özünüreallaşdırma” mərhələləri əhatə edilib. Eksperimental qruplarda təhsil alan tələbələrin məzun olduqdan sonra MİQ imtahanlarında əldə etdikləri nəticələr eksperimentə cəlb edilməyib, qruplardan məzun olanların nəticələri ilə qarşılaşdırılaraq statistik təhlillər aparılıb.
2009-2017-ci illərdə Respublikanın üç ali təhsil müəssisəsində dörd semestr boyunca tədris olunan “Təhsilin əsasları” eksperimental fənninin məzmun və texnologiyaları “özünütəyin”, “özünütəşkil”, “elmi-pedaqoji təşəkkül”, “özünütəkmilləşdirmə” və “özünürealizə” mərhələləri gözlənilməklə tərtib edilib. İlkin olaraq gələcək müəllimlərdə özünütəyin səriştəsini formalaşdırmaq üçün fənnin tədrisi “Təhsil fəlsəfəsi və təlim prosesi” bölməsi çərçivəsində həyata keçirilən və “müəllimlərin düşüncə tərzlərinin dəyişməsinin onların peşəkarlığının inkişafına səbəb olması”na nail olunub (McBride, 2002). Bu mərhələdə “Təhsil nə üçün lazımdır?”, “Onun məqsədi nədir?”, “Məktəbin vəzifəsi nədir?”,“Müəllimin və şagirdin təlim prosesində rolu nədən ibarətdir?”, “Təlim mühiti necə olmalıdır?”, “Hansı dərs uğurlu dərs hesab edilir?” kimi suallara cavab verilir. Həmin problemlər müxtəlif təhsil fəlsəfəsi baxımından araşdırılıb, müasir tələblərə cavab verən yanaşmalar müəyyən edilib və pedaqoji praktikanın ən sadə modeli və ya real forması ilə tanış olunub (McBride, 2002). Fənnin tədrisinin bu mərhələsində təlim fəaliyyətlərinin əsas məqsədi gələcək müəllimin pedaqoji təfəkkürünün formalaşmasına xidmət etməkdən, fərdin və cəmiyyətin ehtiyac və maraqlarının müasir təhsilin, məktəbin, kurikulumun, müəllim və şagird münasibətlərinin formalaşmasına və öz “peşəkar “mən”ini təyin etməsinə şərait yaratmaqdan ibarət olub.
İkinci,“özünütəşkil” mərhələsində fənn üzrə təhsil proqramı gələcək müəllimin “pedaqoji əmək mədəniyyəti”nin formalaşdırılması baxımından tərtib edilib. Bu mərhələyə “Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı”, eləcə də “Təhsildə dövlət siyasəti” fəsilləri daxil edilib. Gələcək müəllimlər tərəfindən şagird, valideyn və həmkarları ilə hüquqi baxımdan əsaslandırılan qarşılıqlı fəaliyyətin qurulmasını təmin edən normativ hüquqi aktlar praktik tapşırıqlar üzrə öyrənilib, təhsil iştirakçılarının hüquq və vəzifələri araşdırılıb. Həmçinin Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq hüquqi aktlar nəzərdən keçirilib, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə dövlət siyasətini müəyyən edən strateji sənədlər praktik situasiyalar üzrə tədqiqatlar aparılmaqla öyrənilib. Sənədlərdə vurğulanan humanistlik, demokratiklik, dünyəvilik, bərabər şərait, millilik, şəxsiyyətyönlülük, keyfiyyətlilik, səmərəlilik, inteqrativlik, şəffaflıq və s. prinsiplərin rəhbər tutulmasının məktəbin və sinfin idarə edilməsində əhəmiyyəti müəyyənləşdirilib. Beləliklə, hüquqi və siyasi savadlılığı təmin olunmuş müəllimin özünütəşkili – öz fəaliyyətini sistemli, düşünülmüş şəkildə qurmaq imkanları maksimum səviyyəyə yüksəldilir. Gələcək müəllim öz sinfində mövcud vəziyyəti: maddi-texniki bazanı, şagirdlərin milli-etnik tərkibini, idraki imkanlarını, sosial, mənəvi-psixoloji, fiziki-fizioloji vəziyyətini, eləcə də valideynlərin intellektual səviyyəsi, sosial, mənəvi-psixoloji vəziyyətini araşdıraraq qarşıya çıxa biləcək problemləri proqnozlaşdırmağın yollarını öyrənib və “özünün pedaqoji-peşə fəaliyyətini layihələşdirmək, həyata keçirmək və təkmilləşdirmək üçün qabiliyyətlərini inkişaf etdirib” (Fraenkel, 2012). Yəni eksperimental fənn proqramı üzrə bu bölmə gələcək müəllim hazırlığı üzrə təhsilin hər üç iştirakçısı ilə əməkdaşlıq şəraitində sinfin düzgün idarə edilməsinə xidmət göstərən real, işlək plan qurmaq, onları mərhələ-mərhələ həyata keçirmək, eləcə də əldə edilən nəticələri qiymətləndirmək və növbəti mərhələdə görüləcək işlərlə bağlı qərarlar qəbul etmək kimi mühüm bacarıqlara yiyələnməsinə xidmət edib. Gələcək müəllimlər, həmçinin müasir maliyyələşmə şəraitində müəllimin planlı və sistemli fəaliyyətinin məktəbin və pedaqoji kadrların büdcəsinə mümkün təsiri də öyrənilib, bu məsələlər “Təhsilin iqtisadiyyatı” məzmun xətti üzrə yığcam əhatə edilib.
“Elmi-pedaqoji təşəkkül” fasiləsiz pedaqoji təhsilin məzmun və texnologiyalarının üçüncü mərhələsi olub, gələcəyin müəllimlərinin “elmipedaqoji fəaliyyət üçün pedaqoji qabiliyyətinin inkişaf etdirilməsi” baxımından əhəmiyyətli hesab edilib. Bu mərhələdə tədris edilən məsələlər pedaqoji təhsil alan tələbələrin “təhsil müddətində dövlət tədris proqramları ilə yaxından tanış olması və onlarla işləyə bilməsi” (Fraenkel, 2012) baxımından əhəmiyyətli hesab edilib. Burada əsas məqsəd müəllimin peşə fəaliyyətində zəruri olan bilik və bacarıqlara yiyələnməsi və gələcək fəaliyyətinin istiqamətlərini dərk etməsindən ibarətdir. Təhsilin məzmununda həyata keçirilən islahatlar nəticəsində tədris proqramlarının xarakteri əsaslı şəkildə dəyişib. Müasir təhsil proqramları yalnız təhsilin məzmununu deyil, həm də onun reallaşdırılması yollarını və qiymətləndirmə vasitələrini əks etdirir. Bunu nəzərə alaraq məzmunla bağlı mühüm nəzəri biliklərlə yanaşı, həm də təlimin təşkilinə verilən tələblərin gözlənilməsi, dərsin forma və üsullarının düzgün təlim materiallarının məqsədəmüvafiq seçilməsi, qiymətləndirmə vasitələrinin müəyyən edilməsi vacib hesab olunur. Bundan əlavə, kurikulumun tətbiqi üzrə əldə edilən nəticələrin təhlil edilməsi, problemlərin aşkar olunması, onları doğuran səbəblərin müəyyənləşdirilməsi, buna əsasən növbəti mərhələdə müvafiq qərarların qəbul edilməsi kimi bacarıqlar da keyfiyyəti yüksəltmək istiqamətində müəllim üçün mühüm hesab edilir.Qeyd edilən məsələlər eksperimental fənnin “Təhsilin məzmunu (kurikulum) və onun elmi-nəzəri əsasları” adlı dördüncü fəsilində əhatə edilib. Fəsilin tədrisi müddətində auditoriya şəraitində əldə edilmiş bilik və bacarıqlar beşinci, “Məktəbin və sinfin idarəedilməsi metodologiyası”fəslinin tədrisi zamanı real məktəb şəraitində ilkin passiv təcrübələrdə araşdırmalar və təhlillərin aparılması yolu ilə tətbiq olunur. Bu mərhələdə gələcək müəllimlərin bilik və bacarıqlarındakı mövcud üstünlük və boşluqları aşkar etmək, problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Elə həmin mərhələ çərçivəsində nəzəriyyə ilə təcrübəni əlaqələndirmək və “öyrətmək” peşəsinin sirlərini tamamilə əxz etməyə əsaslanan fəal təcrübə yer alır. Müəllimin fəaliyyət və funksiyalarına daxil olan bütün məsələlərin layihələşdirilməsi və həyata keçirilməsini əhatə edən təcrübələr bu mərhələdə nəzərdə tutulur (Fraenkel, 2012).
Beləliklə, “Təhsilin əsasları” adlı eksperimental fənn çərçivəsində 1) Təhsil fəlsəfəsi və təlim prosesi; 2) Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı; 3) Təhsildə dövlət siyasəti; 4) Təhsilin məzmunu (kurikulum) və onun elmi-nəzəri əsasları; 5) Təhsilin metodoloji (praktik) əsasları; 6) Təhsilin maliyyələşdirilməsi və keyfiyyətin yüksəldilməsində onun rolu” kimi fəsillər əhatə edilib.
Eksperimental fənnin tədrisi bu baxımdan daha çox müstəqil tədqiqatlar aparmaqla bilik və bacarıqları əldəetmə texnologiyalarına əsaslanır. Ona görə də tələbələrin təşəbbüskarlığını, yaradıcılığını məhdudlaşdıran ənənəvi tədris texnologiyalarından imtina edilməsi, onların yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer verilməsi daha məqsədəuyğundur. Yeni pedaqoji texnologiyaları və müasir təlim yanaşmalarını əks etdirən dərslərin üstünlük təşkil etməsi, təlim prosesində öyrənənin məsuliyyətini və müstəqilliyini artıran müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunması da keyfiyyətin artırılmasına zəmin yaradır.
Təlim prosesində dialoqa, məntiqi və tənqiditəfəkkürün inkişafına, yaradıcı fəaliyyətə əsaslanan interaktiv metodlara üstünlük verilməlidir. Bununla da sərbəst düşünmə üçün real imkanlar açıla, pedaqoji prosesi tədqiqat prosesinə çevirmək olar. Təcrübə göstərir ki, öyrənənlərin onlara təqdim edilən hazır məlumatları yadda saxlamaqla deyil, həm kəmiyyət, həm də keyfiyyət tədqiqatları aparmaqla təlimə cəlb edilməsi daha məqsədəmüvafiqdir. Bunun üçün kəmiyyət tədqiqatlarının diskriptiv, korelyasiya, səbəb-müqayisə və eksperimental üsulları yeri gəldikcə, məqsədəuyğun şəkildə tətbiq edilməlidir. İlkin məlumatların tətbiqi, təhlili və sintezi yolu ilə zəruri məlumatları toplayıb, onlarla bağlı mühakimələr yürüdərək pedaqoji təhsildə nəzərdə tutulan məzmunun mənimsənilməsi də vacib amildir. Bunun üçün aşağıdakı təlim strategiyalarından istifadə edilə bilər: məlumat bazalarından (kitabxana və İnternet) məqsədyönlü istifadə; problem həlli; tədqiqat; hadisənin (video, audio, mətn) araşdırılması; müzakirə; tədqiqatların nəticələrinin təqdim edilməsi; dərs müşahidələri və məktəblərdə görüşlər; məsləhət saatları; müstəqil oxu və s.
Təlimin məqsədinin reallaşdırılmasına xidmət edən forma və üsullarının seçilməsi ilə yanaşı, öyrənənlərin tədqiqat imkanlarının daha da genişləndirilməsi, məlumat bazalarının zənginləşdirilməsi məqsədi ilə əhəmiyyətli hesab edilən əsərlərin elektron versiyasının təhsilalanlara təqdim edilməsi vacib amildir. Müxtəlif müşahidələr aparmaq, təhlil etmək, müzakirələrdə iştirak etmək, mühakimələr yürütmək məqsədi ilə uğurlu və nöqsanlı elektron dərs nümunələrinin tədris vəsaitlərinin sırasına daxil edilməsi keyfiyyətin artırılmasına təsir edir.
Eksperimental fənnin tədrisinin səmərəliliyini artırmaq üçün alitəhsil müəssisələrində müvafiq fənn kabinetinin yaradılması, otaqların iki tələbəyə bir kompüter olmaqla təchiz olunması və onların İnternetə çıxışının təmin edilməsi vacib şərtlərdəndir. Çünki tədqiqatlar aparmaq, elektron məlumat bazalarından məlumatlar əldə etmək, nəticələri ilə bağlıtəqdimatlar və hesabatlar hazırlamaq hər bir təhsilalanın İKT-nin fəal istifadəçisinə çevrilməsinə yardımçı olur.
2013-2017-ci il pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin məzunlarının nailiyyətləri Təhsil Nazirliyində MİQ imtahanının nəticələri baxımından təhlil edilib. 2013-cü ildən 2017-ci ilə qədər məzmun və texnologiyaları mərhələli təşkil edilmiş eksperimetnal fənn üzrə kurs almış “İbtidai sinif müəllimliyi”ixtisası üzrə bakalavriat səviyyəsinin nəticələri bu kursu keçməmiş digər ixtisaslar üzrə həmin illərin məzunlarının nəticələri ilə qarşılaşdırılıb. Qarşılaşdırma zamanı 2013-2017-ci illərdə məzunların 5 illik nəticələrilə MİQ imtahanında aşağıda qeyd olunan parametrlər üzrə nəticələri əsas götürülüb:
1. “36 və daha artıq bal toplayanlar” üzrə statistik göstəricilərə əsasən eksperimental fənn tədris edilən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi”ixtisasının məzunları ilə bu fənn tədris edilməyən digər ixtisas məzunlarının nəticələrinin qarşılıqlı müqayisəsi;
2. “36 və daha artıq bal toplayanlar” üzrə statistik göstəricilərə əsasən eksperimental fənn tədris edilməyən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi”ixtisasının məzunları ilə bu fənn tədris edilməyən digər ixtisas məzunlarının nəticələrinin qarşılıqlı müqayisəsi;
3. “48 və daha artıq bal toplayanlar” üzrə statistik göstəricilərə əsasən eksperimental fənn tədris edilən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi”ixtisasının məzunları ilə bu fənn tədris edilməyən digər ixtisas məzunlarının nəticələrinin qarşılıqlı müqayisəsi;
4. “48 və daha artıq bal toplayanlar” üzrə statistik göstəricilərə əsasən eksperimental fənn tədris edilməyən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi”ixtisasının məzunları ilə bu fənn tədris edilməyən digər ixtisas məzunlarının nəticələrinin qarşılıqlı müqayisəsi.
5. Eksperimental fənn tədris edilən Azərbaycan Dövlət Pedaqoji Universitetini, Azərbaycan Müəllimlər İnstitutunu (hazırda müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmir, ADPU–ya birləşdirilib) və Gəncə Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi”ixtisasını bitirən məzunların bu fənn tədris edilməyən digər ixtisasların məzunlarının 5 illik (2013-2017) nəticələri MİQ imtahanında “36 bal və daha artıq nəticələr” parametri üzrə qarşılıqlı müqayisə edilib. Əsas məqsəd dörd semestri əhatə edən bir fənn çərçivəsində pedaqoji təhsilin məzmun və texnologiyalarının imkanlarının pedaqoji kadr hazırlığına verilən tələblər baxımından dəyərləndirilməsidir. Müqayisələrin nəticələri cədvəl 1-də təqdim edilib.
Cədvəl 1 “36 və daha çox bal toplayanlar” parametri üzrə “Təhsilin əsasları” eksperimental fənni tədris edilməmiş BDU, SDU, LDU, NDU-da “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlarla həmin fənn tədris edilməyən digər ixtisas məzunlarının beş illik nəticələrinin müqayisəsi
Cədvəldən göründüyü kimi, ADPU-nun məzunları“İngilis dili müəllimliyi”ixtisası üzrə 2% daha yüksək, “Kimya müəllimliyi” ixtisası üzrə 79% olmaqla bərabər nəticə göstərib, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə 8%,“Coğrafiya müəllimliyi” ixtisası üzrə 7%, “Biologiya müəllimliyi” ixtisası üzrə 19%, “Fizika müəllimliyi” ixtisası üzrə 30%, “İnformatika” müəllimliyi ixtisası üzrə 2%, “Tarix” müəllimliyi”ixtisası üzrə 12%,“Riyaziyyat müəllimliyi” ixtisası üzrə isə 16% aşağı nəticə nümayiş etdiriblər.
Gəncə Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunları pedaqoji kadr hazırlığının bütün digər ixtisaslarından 4-60% arasında fərqlə daha yüksək nəticə göstərib.
Eksperimental fənn tədris edilən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların və bu fənn tədris edilməyən digər ixtisasların məzunlarının 5 illik (2013-2017) nəticələrinin MİQ imtahanında “48 bal və daha artıq nəticələr” parametri üzrə qarşılıqlı müqayisəsi zamanı cədvəl 2-də təqdim
olunan məlumatlar müəyyən edilib.
Cədvəldən göründüyü kimi, “48 bal və daha artıq” parametrinə görə ADPU və “Təhsilin əsasları” fənni tədris edilən “İbtidai sinif müəllimliyi” ixtisasının məzunlarının nəticələri GDU-da “Kimya”, ADPU və AMİ-də “İngilis dili” ixtisasları istisna olmaqla bu fənn tədris edilməyən digər yeddi ixtisas üzrə məzunların nəticələrindən daha yüksəkdir.
Beləliklə, 2013-2017-ci illərdə məzunların 5 illik nəticələrinin MİQ imtahanında həm “36 bal və daha artıq”, həm də “48 bal və daha artıq” parametrlərinə görə məzmun və texnologiyaları mərhələlitətbiq olunan “Təhsilin əsasları” eksperimental fənni tədris edilmiş “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların nəticələri həmin ali təhsil müəssisələrində bu fənn tədris edilməyən, digər ixtisas məzunlarının nəticələrindən əhəmiyyətli dərəcədə yüksək olub.
Cədvəl 2 “48 və daha çox bal toplayanlar” parametri üzrə ADPU, GDU və AMİ-də eksperimental fənn tədris edilmiş “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlarla həmin fənn tədris edilməyən digər ixtisas məzunlarının beş illik nəticələrinin müqayisəsi
“Təhsilin əsasları” eksperimental fənni tədris edilməyən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunlarının və bu fənn tədris edilməyən digər ixtisaslar üzrə məzunların 5 illik (2013-2017) nəticələrinin MİQ imtahanında “36 bal və daha artıq”, “48 bal və daha artıq” parametri üzrə qarşılıqlı müqayisəsi aparılıb.
Aparılmış təhlillər göstərir ki, bu parametr üzrə də məzunların nümayiş etdirdiyi nəticələrin birmənalı dəyərləndirilməsi asan deyil. Belə ki, Bakı Dövlət Universitetində “İbtidai sinif müəllimliyi”ixtisasını bitirənlər digər ixtisasların məzunlarından daha aşağı nəticə göstərdikləri halda, digər üç ali təhsil müəssisəsində “Kimya” (LDU və NDU) və “Azərbaycan dili və ədəbiyyatı”(NDU)ixtisası istisna olmaqla qalan yeddi ixtisas üzrə daha yüksək nəticə nümayiş etdirib.
Təhlillər zamanı BDU-nun “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 36 və daha artıq bal toplayan məzunların faizinin digər ixtisaslardan 24-37 faiz aşağı olması müşahidə edilib. LDUnun “İbtidai sinif müəllimliyi”ixtisasını bitirənlər eyni parametr baxımından “Kimya”ixtisası üzrə məzunlardan 3%, NDU-da isə 12% az nəticə göstərib. Həmçinin NDU-nun “Azərbaycan dili və ədəbiyyatı” ixtisas üzrə məzunları “İbtidai sinif müəllimliyi” ixtisasını bitirənlərdən 4% aşağıdır. Təhlillərin nəticələri cədvəl 3-dəki kimidir.
Cədvəl 3 “36 və daha çox bal toplayanlar” parametri üzrə “Təhsilin əsasları” eksperimental fənni tədris edilməmiş BDU, SDU, LDU, NDU-da “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlarla həmin fənn tədris edilməyən digər ixtisas məzunlarının beş illik nəticələrinin müqayisəsi
Təhlillər zamanı BDU-nun “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 36 və daha artıq bal toplayan məzunların faizinin digər ixtisaslardan 24-37 faiz aşağı olması müşahidə edilib. LDUnun “İbtidai sinif müəllimliyi” ixtisasını bitirənlər eyni parametr baxımından “Kimya”ixtisası üzrə məzunlardan 3%, NDU-da isə 12% az nəticə göstərib. Həmçinin NDU-nun “Azərbaycan dili və ədəbiyyatı” ixtisas üzrə məzunları “İbtidai sinif müəllimliyi” ixtisasını bitirənlərdən 4% aşağıdır.
Eksperimental fənn tədris edilməyən ali təhsil müəssisələrinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunlarla bu fənn tədris edilməyən digər ixtisasları bitirənlərin 5 illik (2013-2017) nəticələrinin MİQ imtahanında “48 bal və daha artıq nəticələr” parametri üzrə qarşılıqlı müqayisəsi aparılıb (cədvəl 4).
Göründüyü kimi, 2013-2017-ci illərdə məzunların 5 illik nəticələrinin MİQ imtahanında “48 və daha çox bal toplayanlar” parametrinə görə BDU-nun “İbtidai sinif müəllimliyi” ixtisasının məzunları 48 bal toplaya bilməyib, yəni bütün digər ixtisaslardan aşağı nəticə nümayiş etdirib. Sumqayıt Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi”ixtisasının məzunları “Coğrafiya”,“Fizika” və “Riyaziyyat”ixtisaslarını bitirənlərin nəticələrindən 1-6 faiz arasında fərqlə yüksək nəticə göstərib. Digər 5 ixtisas üzrə (“Azərbaycan dili ədəbiyyatı”, “Biologiya”,
“İnformatika”,“Kimya”,“Tarix”) 8-14 faiz arasında fərqlə aşağıdır.
Cədvəl 4 “48 və daha çox bal toplayanlar” parametri üzrə “Təhsilin əsasları” eksperimental fənni tədris edilməmiş BDU, SDU, LDU, NDU-da “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlarla
həmin fənn tədris edilməyən digər ixtisas məzunlarının beş illik nəticələrinin müqayisəsi
Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi”ni bitirənlər digər 8 ixtisas üzrə məzunlarla müqayisədə (“Fizika” ixtisası üzrə müsabiqədə iştirak edilməyib) 5-38 faiz fərqlə aşağı nəticə nümayiş etdirib, göstəriciləri isə Naxçıvan Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunların digər 7 ixtisas (“Fizika” və “İnformatika” ixtisaslarını bitirənlər müsabiqədə iştirak etməyib) məzunların nəticələrindən yüksək olduğu müəyyən edilib.
Beləliklə, aparılmış təhlillərin nəticələri göstərir ki, birinci şəraitdə (“Təhsilin əsasları” fənni tədris edilən ADPU, GDU və AMİ-də) MİQin “36 və daha artıq” parametri üzrə nəticələrinə əsasən “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlar digər ixtisas məzunları ilə müqayisədə 24 haldan 21-də (87,5%) yüksək, 2-də (8,3%) bərabər, 1 halda (4,5%) aşağı nəticə göstərib (cədvəl 5).
Cədvəl 5 “Təhsilin əsasları” fənni tədris edilən ADPU, GDU və AMİ-də) “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların MİQ-in “36 və daha artıq” parametri üzrə nəticələrinin digər ixtisas
məzunlarının nəticələri ilə müqayisəsi
Eyni üsulla dəyərləndirmə “48 və daha artıq” parametri üzrə nəticələrə görə aparılıb. Müəyyən edilib ki, “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunlar digər ixtisas məzunları ilə müqayisədə 24 haldan 20-də (83,3%) yüksək, 1 halda (4.1%) bərabər, 3 halda (12,5%) aşağı nəticə göstərib (cədvəl 6).
Cədvəl 6 “Təhsilin əsasları” fənni tədris edilən ADPU, GDU və AMİ-də) “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların MİQ-in “48 və daha artıq” parametri üzrə nəticələrinin digər ixtisas
məzunlarının nəticələri ilə müqayisəsi
İkinci şəraitdə də (“Təhsilin əsasları” fənni tədris edilməyən BDU, SDU, LDU və NDU-da) “36 və daha artıq bal toplayanlar” parametri üzrə “İbtidai sinif müəllimliyi”ixtisasını bitirən məzunların nəticələri digər ixtisas məzunlarının nəticələri ilə müqayisədə 31 haldan 20-də (64,5%) yüksək, 11 halda (35,5%) aşağı nəticə nümayiş etdiriblər (cədvəl 7).
Cədvəl 7 “Təhsilin əsasları” fənni tədris edilməyən BDU, SDU, LDU və NDU-da “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların MİQ-in “36 və daha artıq” parametri üzrə nəticələrinin digər
ixtisas məzunlarının nəticələri ilə müqayisəsi
“48 və daha artıq” parametri üzrə nəticələrə görə aparılmış eyni xarakterli dəyərləndirmələr zamanı müəyyən edilib ki, “İbtidai sinif müəllimliyi”ixtisasının məzunlarının nəticələri digər ixtisas məzunlarının nəticələri ilə müqayisədə 31 haldan 10-da (32,5) yüksək 21 halda (67,7) aşağı olub (cədvəl 8).
Cədvəl 8 “Təhsilin əsasları” fənni tədris edilməyən BDU, SDU, LDU və NDU-da “İbtidai sinif müəllimliyi” ixtisasını bitirən məzunların MİQ-in “48 və daha artıq” parametri üzrə nəticələrinin digər
ixtisas məzunlarının nəticələri ilə müqayisəsi
Nəticələr cədvəl 9-da təqdim edildiyi kimi ümumiləşdirilib.
Beləliklə, “36 bal və daha artıq”, “48 bal və daha artıq” kimi parametrlərə görə əldə edilmiş nəticələrə görə pedaqoji təhsilin məzmun və texnologiyalarının mərhələli təşkili baxımından 2009-2017-ci illərdə eksperimental “Təhsilin əsasları” fənni tətbiq edilmiş ali təhsil müəssisələrinin (ADPU, GDU və AMİ) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunların nəticələri həmin fənn tədris edilməyən digər ixtisasları bitirən məzunların nəticələri ilə müqayisədə 2013-2017-ci illərdə MİQ imtahanlarında əldə etdikləri 5 illik nəticələrə görə 48 haldan (24-ü “36 və daha artıq bal”, 24-ü “48 və daha artıq bal”) 41-də (21+20) yüksək, 3 (2+1) halda bərabər, 4 (1+3) halda aşağı nəticə nümayiş etdiriblər. Eksperimental fənn tətbiq edilməyən ali təhsil müəssisələrində (BDU, SDU, LDU, NDU) isə 62 haldan (31-i “36 və daha artıq bal”, 31-i “48 və daha artıq bal”) 30-da (20+10) yüksək, 32 (21+11) halda aşağı nəticə göstərib. Qeyd edilənlər cədvəl 10-da təqdim edildiyi kimidir.
Cədvəl 9 Eksperimental fənn tədris edilən və edilməyən universitetlərdə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzunların MİQ imtahanının nəticələrinin digər ixtisaslar bitirən məzunların nəticələri ilə
müqayisəsi
Cədvəldən göründüyü kimi, pedaqoji təhsilin məzmun və texnologiyalarının beş mərhələsi baxımından tələblər gözlənilməklə proqramı tərtib edilmiş “Təhsilin əsasları” eksperimental fənni tədris edilmiş “İbtidai sinif müəllimliyi” ixtisası bitirən məzunlarının nəticələri həmin universitetlərin eksperimental fənn tədris edilməyən digər ixtisaslarının məzunlarının nəticələri ilə müqayisədə “yüksək” parametri üzrə 85,4% “bərabər” parametri üzrə 6,25%, “aşağı” parametri üzrə 8,3% faiz təşkil etdiyi müəyyənləşdirilib. Nəticələrin etibarlılığını təmin etmək məqsədi ilə eksperimental fənn tətbiq edilməyən ali təhsil müəssisələrində də “İbtidai sinif müəllimliyi”ixtisası üzrə məzunların MİQ imtahanlarında 5 illik nəticələrinin digər ixtisasları bitirən məzunların nəticələri ilə müqayisəli təhlilinin nəticələrinə görə “yüksək” parametri üzrə 48,4%, “bərabər” parametrinə görə 0%,“aşağı” parametrinə görə 51,6% təşkil edib. Beləliklə, eksperimental fənn tədris edilən
ali təhsil müəssisələrində eksperimental qrup olan “ibtidai sinif müəllimliyi” ixtisasının məzunları digər qruplarla müqayisədə 4 halda (8,3%), eksperimental fənn tədris edilməyən ali təhsil müəssisələri ilə eyni xarakterli müqayisədə isə məzunlar 32 halda (51,6%) aşağı nəticələr nümayiş etdiriblər.
Cədvəl 10 Nəticələrin ümumiləşdirilməsi
Əldə edilmiş nəticələr belə qənaətə gəlməyə əsas verir ki, proqramı pedaqojitəhsilin məzmun və texnologiyalarının mərhələli təşkili əsasında hazırlanan “Təhsilin əsasları” eksperimental fənni tədris edilmiş məzunlar MİQ imtahanlarında əhəmiyyətli fərqlə yüksək nəticələr göstəriblər. Məlum olub ki, pedaqoji təhsilin
məzmun və texnologiyaları, hətta bir fənn çərçivəsində (4 semestr, 270 saat) mərhələli təşkil edildikdə, daha yüksək nəticələrə nail olmaq mümkündür: 1,76 ( ≈ 2 dəfə) dəfə (85,4% / 48,4%).
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası. http://www.e-qanun.az/framework/13540
2 Fraenkel, J.R. (2012). How to design and evaluate research in education/ Jack Fraenkel, Norman Wallen, Helen, Hyun. — 8th ed.
3 MkBrayd, R. (2002). Beynəlxalq məsləhətçi, milli məsləhətçilər: Aydın Kazımzadə, Bəhram Şiriyev, Tərcüməçi: Aynur Balakişiyeva, Müəllim hazırlığı (pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma), Yekun hesabat, Təhsil Sektorunun İnkişafı Layihəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi.
4 Süleymanova, A.Y. (2014). “Təhsilin əsasları”, Bakı, “Təhsil”, 400 s.