Məqalə müəllifləri üçün təlimat
- Təqdim edilən məqalə orijinal olmalı, əvvəllər hansısa nəşrdə yayımlanmamalıdır.
- Məqalənin məzmunu və quruluşu aşağıdakı hissələrdən ibarət olmalıdır:
— problemin qoyuluşu (məqalədə həlli axtarılan məsələ);
— məsələnin həlli üçün mövcud metodoloji yanaşmaların təhlili;
— tədqiqat hissəsi;
— dəlillər sistemi və elmi əsaslandırma;
— tədqiqatın nəticələri;
— istifadə edilmiş ədəbiyyat.
- Məqalənin həcmi 8 min sözdən artıq olmamalıdır.
- Məqalənin birinci səhifəsində (Azərbaycan və İngilis dillərində) aşağıdakı məlumatlar yer alır:
— müəllifin adı, soyadı;
— müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı);
— məqalənin adı;
— məqalənin xülasəsi (maksimum 250 söz);
— açar sözlər (5-7 söz).
- Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı əlifba sırası ilə (əvvəl Azərbaycan dilində, sonra xarici dildə), APA Citation formatında aşağıdakı nümunələrə əsasən verilir:
- a) Kitablara istinad:
Əliyev, F. Ə., Ağayev, Ş. S. (2011). Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri. Bakı, Elm nəşriyyatı, 151 s.
- b) Jurnallara istinad:
Mikayılova, Ü. (2019). Azərbaycanda inklüziv təhsil islahatları. Azərbaycan məktəbi. №3, səh. 37-48.
- c) İnternet səhifələri:
UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list
- Əlyazmalar Microsoft Word formatında qəbul olunur.
E-mail: [email protected]
RƏY PROSESİ
Rəy prosesi haqqında məlumat. Jurnalın bütün məqalələri anonim rəy prosesi vasitəsilə qiymətləndirilir. Bu sistemdə həm müəlliflərin, həm də rəyçilərin kimliyi anonim saxlanılır və tərəflər bir-birini tanımır. Rəy prosesi adətən 2-3 həftə davam edir, lakin mövzunun mürəkkəbliyindən asılı olaraq dəyişə bilər. Rəyçilər müvafiq sahədə ixtisaslaşmış, elmi nəşrləri olan müstəqil ekspertlər arasından seçilir. Məqalə ilkin texniki yoxlamadan keçdikdən sonra müvafiq sahədə ixtisaslaşmış ən azı iki müstəqil rəyçiyə göndərilir.
Qiymətləndirmə meyarları:
- Elmi dəqiqlik və orijinallıq;
- Metodologiyanın uyğunluğu;
- Mövzunun aktuallığı və töhfəsi;
- Məqalənin struktur və dil baxımından uyğunluğu və s.
Qərar prosesi. Rəyçilərin rəylərinə əsasən redaksiya heyəti məqaləni qəbul edir, düzəliş tələb edir və ya rədd edir. Müəlliflər rəyçilərin iradlarına uyğun düzəlişlər etməlidir. Əgər müəllif rəyçilərin fikirləri ilə razı deyilsə, əsaslandırılmış izahat təqdim edə bilər. Maraqların toqquşmasının qarşısını almaq üçün bütün tərəflər (müəlliflər, rəyçilər və redaktorlar) etik prinsiplərə əməl etməlidir.
ETİK PRİNSİPLƏR
- Naşirin etik məsuliyyətləri
- Müəllif hüquqlarına riayət etmək;
- Redaksiya heyətinin etik prinsiplərini qorumaq;
- Məqalələrin kommersiya məqsədi güdməməsini təmin etmək;
- Plagiatın qarşısını almaq və qeyri-dəqiq materialları rədd etmək.
- Müəlliflər üçün etik tələblər
- Orijinal araşdırma nəticələrini təqdim etmək;
- Plagiat və sənədləşdirilməmiş sitatlardan qaçmaq;
- Təkrar nəşrə yol verməmək;
- Redaksiya heyətinin irad və təkliflərinə hörmət etmək.
- Rəyçilər üçün etik qaydalar
- Məqalələrə obyektiv və elmi yanaşmaq;
- Məxfi məlumatları yaymamaq;
- Plagiat və etik pozuntular olduqda redaksiya heyətini məlumatlandırmaq;
- Məqalənin keyfiyyətini artırmaq üçün dəqiq rəy bildirmək;
- Məqalədə işarə olunmayan mühüm istinadları qeyd etmək.
Bu qaydalar etik prinsiplərin qorunmasını və elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsini təmin etməyə xidmət edir.