ONLAYN TƏHSİLİN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİ: COVİD-19 pandemiyası dövründə ali məktəb tələbələrinin qavrayışları


FİGEN YAMAN LESİNGER, Kipr Tibb və Sosial Elmlər Universiteti, Bədən tərbiyəsi və idman məktəbi, Şimali Kipr. E-mail: [email protected] https://orcid.org/0000-0002-9556-4305 MEHMET ÇAĞLAR, Lefke Avropa Universiteti, Təhsil fakültəsi. Şimali Kipr. E-mail: [email protected] https://orcid.org/0000-0001-8288-445X




Bu tədqiqat işində COVİD-19 pandemiyası dövründə təhsilalanların onlayn təhsili necə qəbul etdiklərini araşdırmaq məqsədilə Şimali Kiprin müxtəlif universitetlərində təhsil alan təsadüfi seçilmiş 500 tələbədən toplanmış məlumatlar təhlil olunmuşdur. Tədqiqatda qarışıq araşdırma metodundan istifadə olunmuş, kəmiyyət məlumatlarını təhlil etmək üçün Anova və PostHoc testləri, keyfiyyət araşdırma məlumatlarını təhlil etmək məqsədilə isə təsviri analiz və məzmun təhlili üsulları tətbiq edilmişdir. Tələbələr onlayn təhsilin 11 fərqli faydasını qeyd etmişlər. Bunlar arasında bu təhsilalma formasının mövzuları daha yaxşı anlamağa imkan verməsi, dərslərin fərqli müəllimlər və universitetlər tərəfindən keçilməsi kimi məsələlər də var. Təhsilalanlar, həmçinin onlayn təhsilin zəif tərəfləri kimi 10 məsələni vurğulamışlar. Bunların arasında ev tapşırığı və imtahanların həddindən artıq çox olması, onlayn qiymətləndirmə qarşısında qorxu və passiv öyrənmə kimi məqamlar var. Bundan başqa, təhsilalanlar müxtəlif onlayn platformalardan istifadə barədə yenilənmiş biliklərin, onlayn kurslara daxil olmaq üçün yüksək keyfiyyətli rəqəmsal vasitələrin olmaması, internet kəsintiləri, dərs oxumaq üçün rahat məkanın olmaması kimi 7 fərqli maneəni də qeyd ediblər. Tədqiqatdan əldə edilən nəticələr Şimali Kiprdəki universitetlərdə onlayn təhsildəki çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması, tələbələrin bu istiqamətdəki müxtəlif ehtiyaclarının ödənilməsi məqsədilə onlayn təlim strategiyalarının yenilənməsi üçün faydalı ola bilər. Bənzər tədqiqat işini başqa ölkələrin universitetlərində də aparmaq mümkündür. Ali təhsilin hər bir səviyyəsi üzrə əldə edilən məlumatlar universitetlərdə bütün tələbələr üçün bərabər imkanlar yaradan onlayn təhsilin inkişafına kömək edə bilər.