VEB ƏSASLI İNFORMASİYA SAVADLILIĞININ TƏNQİDİ DÜŞÜNCƏ KONSEPSİYALARI İLƏ BİRLƏŞDİRİLMƏSİ: AZƏRBAYCAN TƏHSİL PROQRAMLARI ÜÇÜN TÖVSİYƏLƏR


GÜNEL KƏRİMOVA




Məqalə Azərbaycanın müxtəlif universitetlərində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin informasiya savadlılığı ilə bağlı müəyyən tənqidi düşüncə konsepsiyalarını qəbul etməyə nə dərəcədə hazır və əmin olduqlarını yoxlamağa istiqamətlənir. Tədqiqatda xüsusi olaraq müasir dövrdə internetdə geniş yayılmış iki məsələyə, yəni səlahiyyətlərin qiymətləndirilməsinə, həddən artıq ümumiləşdirmə, eləcə də emosional cəlbedicilik kimi məntiqi xətalara diqqət yetirilir. Araşdırmada Azərbaycanın müxtəlif universitetlərində bakalavriat səviyyəsində fərqli pedaqoji proqramlarla təhsil alan tələbələr arasında aparılan onlayn sorğudan istifadə edilib. Belə görünür ki, tədqiqat iştirakçılarının əksəriyyətinin veb əsaslı informasiya savadlılığı ilə bağlı tənqidi düşüncənin əsas konsepsiyaları ilə tanışlıq və əminlik səviyyəsi çox aşağıdır. Məqalədə daha geniş mənada rəqəmsal texnologiyada səriştəsizlik məsələsi də vurğulanır; belə ki, müəllimlik ixtisası üzrə təhsil alan tələbələr etibarsız mənbələrə güvənməyin və veb əsaslı informasiyanı kontekstləşdirməyin yollarından xəbərsiz olmağın potensial təhlükələrini tam dərk edə bilmirlər. Araşdırmanın nəticələrinə əsaslanaraq iddia edilir ki, tənqidi düşüncə və veb əsaslı informasiya savadlılığı kimi iki strukturu bir fəndə birləşdirərək multidissiplinar yanaşmanın mənimsənilməsi Azərbaycanda pedaqoji təhsili proqramlarında daha müasir tələblərə cavab verən baza yarada bilər.