ALİ TƏHSİL SİSTEMİNDƏ MÜASİR İQTİSADİYYATIN TƏLƏBLƏRİNƏ UYĞUN KADRLARIN HAZIRLANMASI ÜZRƏ DÖVLƏT SİFARİŞİ MEXANİZMİNİN FƏALİYYƏTİNƏ İNTEQRASİYA YANAŞMASI
NİGAR MURADOVA
Məqalədə müasir iqtisadiyyatın tələblərinə uyğun olaraq ali təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişi mexanizmi ilə bağlı bəzi nəzəri və metodoloji məsələlər nəzərdən keçirilir. Yerli ali təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişi mexanizminin yaradılmasında Avropa ali məktəblərinin bəzi xüsusiyyətlərinə uyğunlaşdırılmış inteqrasiya yanaşması və işgüzar idarəetmə üslubu prinsiplərindən istifadə olunur. Yüksək keyfiyyətli və dünya səviyyəli mütəxəssislərin hazırlanması məqsədi ilə xarici ölkələrlə tərəfdaşlıq etmək, ölkə daxilində və xaricdəki universitetlər arasında əməkdaşlıq üçün beynəlxalq şəraitə malik inteqrasiya məkanını yaratmaqla bağlı təxmini modellər göstərilir. Əmək bazarının innovativ tələblərinə uyğun olaraq işəgötürənlərin ehtiyaclarını ödəmək üçün kadrların hazırlanması məqsədilə ali məktəblərin müəssisələrlə qarşılıqlı əlaqəsini yenidən yaratmağa imkan verən modellər də təqdim olunur.