AZƏRBAYCANDA ƏCNƏBİ DOKTORANTLARIN PSİXOLOJİ SAĞLAMLIĞINA TƏSİR EDƏN AMİLLƏRİN ARAŞDIRILMASI




Araşdırmalara görə, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat aparanlar arasında psixi sağlamlıq böhranı artmaqdadır. Bu  insanlar klinik depressiyaya daha çox məruz qalır. Bu tədqiqatın əsas məqsədi Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat aparan əcnəbi doktorantlar arasında psixi sağlamlıq problemləri yaradan potensial risk faktorlarını araşdırmaqdır. Bu, məlumatların toplanmasının və təhlilinin qiymətləndirilməsinə əsaslanan tədqiqat forması olmaqla bərabər həm də ilkin kəmiyyət sorğusu üsulu kimi tanınır. Araşdırmanın nəticələrinə görə, fəlsəfə doktoru dərəcəsi almaq istəyən şəxslərin çoxu hazırda Azərbaycan dilini öyrənməli olduqlarından depressiyaya düşür, əksəriyyəti təhsilləri üçün vacib olan motivasiyalarını itirdikləri iddiası ilə tamamilə razılaşırlar. Bu araşdırma həm də Təhsil Nazirliyinin və digər maraqlı tərəflərin diqqətini əcnəbi doktorantların Azərbaycanda inkişafını ləngidən və ya əngəlləyən, eləcə də xarici vətəndaşların Azərbaycan universitetlərində təhsillərini davam etdirmələrinə mane ola biləcək narahatlıqlara yönəltmək məqsədi daşıyır.