TƏHSİLDƏ RƏQƏMSALLAŞMANIN YARATDIĞI TƏNHALAŞMA PROBLEMİ


NİHAN KALKANDELER Dr., Sosial İş kafedrası, Avrasiya Universiteti, Türkiyə. E-mail: [email protected] https://orcid.org/0000-0002-3362-363X NURŞAH AKÇA Magistrant, Sosiologiya kafedrası, Üsküdar Universiteti, Türkiyə. E-mail: [email protected] https://orcid.org/0000-0002-6627-4341




Bu məqalədə təhsil sistemində baş verən texnoloji dəyişikliklər müstəvisində tələbələrin texnologiyadan asılılığı məsələləri təhlil olnur. Təhsildə geniş yayılmış rəqəmsal tətbiqlər ənənəvi təhsil modellərini dəyişdirdikcə, təhsilin məsafədən asılılığı tədricən aradan qalxır. Bu dövrdə meydana çıxan rəqəmsal inqilab idraki, psixo-sosial və emosional təsirlərə malikdir. Xüsusilə də, texnoloji vasitələrdən nəzarətsiz və yanlış istifadə olunması təhsilalanların sosial münasibətlərinə və idraki inkişafına təhlükə yaradacaq həddə çatıb. Mövcud ədəbiyyatın araşdırılması və bu tədqiqatın nəticələri əsasında hazırlanmış məqalə rəqəmsallaşmanın qaçılmaz nəticələrindən biri kimi tənhalığı təhlil edir və rəqəmsallaşma ilə tələbələrin tənhalığı arasındakı əlaqəyə diqqət yetirir. Bu vəziyyəti rəqəmsal aludəçilik olaraq xarakterizə edən məqalə rəqəmsallaşmanın mənfi təsirlərini və nəticələrini aradan qaldırmaq üçün rəqəmsal pəhriz təqdim etmək məqsədi güdür.