MÜASİR MƏKTƏBDƏ GƏNCLƏRLƏ İŞ: QAZAXISTAN NÜMUNƏSİ
Aleksandr Teslenko
Müasir məktəbdə gənclərlə işin təşkilinin aktuallığı orta məktəb mühiti çərçivəsində gənclərin pozitiv yöndə sosiallaşması prosesinin əhəmiyyətinin artması ilə bağlıdır. Tədqiqatda empirik məlumatlar əsasında paytaxtın nümunəsində Qazaxıstan Respublikasının təhsil müəssisələrində gənclərlə işin mövcud vəziyyəti və perspektivlərini təhlil etmək məqsədi qoyulub. Məqalədə 2020-ci ilin yazında həyata keçirilən sosioloji tədqiqatın nəticələri təqdim olunur. Araşdırma ümumilikdə 12 orta, orta ixtisas və ali təhsil müəssisəsində aparılıb. Astana, Kokşetau və Stepnoqorskda üç focus-qrup təşkil edilib. Tədqiqat əsasında belə bir nəticəyə gəlinib ki, formal qruplar (şagird, tələbə qrupu) daxilində şəxsi identifikasiya zəifləyir, əksinə, qeyri-formal ünsiyyət və asudə vaxt qrupları isə artır. Yuxarıda ifadə edilən bu şərtlər çərçivəsində gənclərin ictimai birlikləri gənclərin ictimai fəallığının legitimləşməsi üçün aparıcı qurum kimi çıxış edir. Lakin respondentlər yerli gənclər təşkilatlarının fəaliyyətini səmərəsiz olaraq dəyərləndirirlər. Tələbələr gənclər işinin təşkilatçısı kimi təhsil təşkilatlarını görür. Təhsil müəssisələrində gənclər işinin vasitələri və formaları müxtəlifdir. Onlardan ən qabaqcıl olanları tələbə özünüidarəsi, gənclər parlamenti, könüllü fəaliyyət və digərləridir. Gənclərlə işin əsas faydalı formalarından biri də eyni dövrdə var olan pedaqoji texnologiya prinsipləri əsasında qurulmuş Məktəb Vasitəçilik Xidmətidir. Müəllif gənc tələbələrlə bu qeyd olunan iş formasının təşkilinin əsas mərhələlərini və məzmununu təsvir edir.