YAY TƏTİLİNİ YOUTUBE-da KEÇİRMƏK OLAR




Yay tətili məktəblilərin səbirsizliklə gözlədikləri, həm oyunlar oynamaq, həm dincəlmək, həm də öyrənmək üçün əla bir vaxtdır. Müasir texnologiyalar və internet sayəsində uşaqlar üçün təhsil və əyləncə məzmunlarına çıxış daha da asanlaşıb. Xüsusilə YouTube platforması uşaqların maraqlarına uyğun və təhsili davam etdirməyə kömək edən çoxsaylı kanallarla zəngindir. Valideynlərin dəstəyi ilə uşaqlar burada yay tətilini daha məhsuldar və əyləncəli keçirə bilərlər. Bu məqalədə məktəblilər üçün yay tətilində həm oynayıb, həm də öyrənə biləcəkləri ingiliscə YouTube kanalları haqqında məlumat təqdim edəcəyik.

English SingSing

English Singing bütün uşaqlara ingilis dilində mahnı oxumaqla öyrənmək imkanı verən bir kanaldır. Kanal uşaqların aktiv və dinamik tələbinə uyğun əyləncəli və fərqli məzmun yaratmağa çalışır. Burada uşaq mahnıları, duetlər, rep, hekayə, folklor və s. kimi müxtəlif formalarda videolar təklif olunur.

CrashCourse Kids

CrashCourse Kids elmi mövzuları əyləncəli və sadə dildə izah edən bir kanaldır. Uşaqlar burada təbiət elmləri, mühəndislik və texnologiya haqqında geniş məlumat əldə edə bilərlər. Məqsəd uşaqlara elmi anlayışları əyləncəli şəkildə öyrətməkdir.

SciShow Kids

"SciShow Kids" uşaqların elmi suallarına hərtərəfli cavab verən bir kanaldır. Burada maraqlı təcrübələr və elmi faktlar öyrənmək mümkündür. Kanal uşaqlara gündəlik həyatda rast gəlinən elmi hadisələri sadə və əyləncəli şəkildə izah etməyə çalışır.

HooplaKidz, Offical Nursery Rhymes Channel

HooplaKidz məktəbəqədər uşaqlar üçün ən məşhur YouTube kanallarından biri sayılır. Şəhərin ən yaraşıqlı sakinləri Annie, Ben və Mango məşhur uşaq mahnılarının ifaçılarıdır. Onlar həm də uşaqlara rəqs öyrədirlər.

Bura uşaqların can atdığı və valideynlərin onları rahatlıqla buraxa biləcəyi fantaziya dünyasıdır. HooplaKidz-i əslində onlayn məktəbəqədər təhsil müəssisəsi də saymaq olar.

British Council, Learn English Kids

Learn English Kids İngilis dilini xarici dil kimi öyrənən uşaqlar üçün kanaldır.

National Geographic Kids

Məşhur NATGEO-nun uşaqlar üçün nəzərdə tutduğu kanalda heyvanlar, təbiət və müxtəlif mədəniyyətlər haqqında maraqlı və məlumatlandırıcı videolar təqdim edilir.

Art for Kids Hub

Art for Kids Hub uşaqlar üçün rəsm dərsləri təqdim edir. Valideynlər də bu kanalda uşaqları ilə birlikdə yaradıcılıqla məşğul ola bilərlər. Məqsəd uşaqlara rəsm və yaradıcılıq öyrətməkdir.

TED-Ed

TED-Ed də müxtəlif mövzular üzrə maraqlı və məlumatlandırıcı animasiyalı dərslər təqdim edir. Bu kanal uşaqların yeni mövzular öyrənməsinə və məlumatlarını genişləndirməsinə kömək edir. Kanalın məqsədi uşaqların maraq duyduğu mövzuları əyləncəli və məlumatlandırıcı şəkildə təqdim etməkdir.

Cbeebies

Cbeebies-in məqsədi öz məktəbəqədər auditoriyasını sevindirmək və heyrətləndirməkdir. İngiltərədə altı yaşadək uşaqlar üçün ən çox baxılan və sevilən kanal kimi tanınır.

Baby Einstein

Bu platforma balaca Eynşteynlər üçün yaradılıb. Burada müxtəlif elm sahələrinə aid təcrübələr, incəsənətə və təbiətə aid videolar uşaqların marağına səbəb olur. Kanalda uşaq mahnıları, laylalar dinləmək, körpə Bax, körpə Motsart kimi bəstəkarların melodiyalarına da qiymət vermək mümkündür.

Sesame Street

Sesame Street-də YouTube-dakı öyrənmə kanalları içərisində əhəmiyyətli yer tutur. Təhsil ekspertləri kanalı məktəbəqədər yaşlı uşaqlar üçün təhlükəsiz oyunlar və videolar vasitəsi ilə əlverişli mühitdə öyrənmək vasitəsi kimi qiymətləndirirlər.

50 ildən artıq yaşı olan “Sesame Street” uşaq verilişinin əsasında yaranan kanal zehni zənginləşdirir və ailələri yaxınlaşdırır. Sesame Street tarixdə ən çox baxılan uşaq proqramı olub.

YouTube kanalları uşaqların yay tətilində həm əylənmək, həm də öyrənmək üçün əla bir mənbədir. Valideynlər övladlarına bu kanalları izlətməklə onların tətilini daha məhsuldar keçirmələrinə kömək edə bilərlər.