Çin səddini aşan Çin təhsili

 

Çin əhalinin böyük əksəriyyətinin savadsız və ya yarı-savadlı olduğu bir toplumdan inkişaf edərək əhəmiyyətli təhsil resurslarına və böyük işçi qüvvəsinə, daha sonra isə yüksək keyfiyyətli təhsil və insan resurslarına malik bir ölkəyə çevrilib.

Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi eksklüziv olaraq “Azərbaycan məktəbi” jurnalının “Uzaqdakı məktəb” rubrikası üçün Çin təhsilinə həsr olunmuş yazı hazırlayıb.

 

5000 ildən çox tarixi olan qədim sivilizasiya kimi Çində hər zaman təhsilə böyük əhəmiyyət verilir. Ölkənin təhsilinə konfusianizm və imperiya imtahan sisteminin böyük təsiri var. Hazırki Çin dövlətinin əsas prioritetləri elm, təhsil və texnoloji inkişaf yolu ilə çiçəklənmədir. Çin təhsilini daha da dərinləşdirən və yüksək səviyyəyə qaldıran həm də beynəlxalq mübadilə və əməkdaşlıqdır. Bu yanaşma, təkcə ənənəvi Çinə  mədəniyyətinin deyil, dünya sivilizasiyasının inkişafına da böyük töhfələr verir.

  1. Status-kvo

Hazırda Çinin təhsil sisteminə - məktəbəqədər, icbari, xüsusi, yuxarı sinif, ali təhsil, yetkinlər üçün təlim, savadlılıq təhsili və özəl təhsil daxildir

Məktəbəqədər təhsil 3-5 yaşlı uşaqların bağçada aldığı təhsili əhatə edir. İcbari təhsil həmçinin pulsuz, azad təhsil adlanır - 6 il ibtidai və 3 il orta məktəb təhsilini özündə cəmləşdirir (6+3 sistemi), lakin bəzi istisnalar da olur.

Qısacası, Çin öz təhsilinin xüsusi inkişaf modelini formalaşdırıb. Bu modelin əsasını xüsusi təhsil məktəbləri, müntəzəm dərslər və adi məktəblərdə keçirilən xüsusi dərslər təşkil edir.  Müəllimləri ailələrə göndərmək, evdə təhsil və icma təhsili isə bu systemin əlavə dayağı sayılır.

Çində orta təhsili adi orta məktəblər, texniki təmayüllü orta məktəblər, yetkinlər üçün texniki təmayüllü orta məktəblər, peşə məktəbləri və texniki liseylər də daxil olmaqla, milli təhsil sisteminin əhəmiyyətli hissəsidir.

A Ali təhsilə gəldikdə isə, Çində bu,  akademik və qeyri-akademik, tam gün (full-time) və yarım gün (part-time) olmaqla iki hissəyə bölünür. Bura həmçinin junior kolleci, bakalavr və magistratura təhsilini də aid etmək olar.

Böyüklər üçün təhsil və savadlılıq təhsili: Böyüklər üçün təhsil adi tam gün (full-time) təhsildən fərqlidir. Onun əsas məqsədi işçi heyətinin bacarıq və biliklərinin artırılmasıdır. Savadlılıq təhsili savadsız və ya yarı-savadlı insanlara oxumaq, yazmaq və hesablamaq kimi əsas bacarıqların öyrədilməsi prosesidir.

Qeyri-dövlət təhsili - Çinin özəl təhsili dövlət təhsilindən və ya dövlət tərəfindən idarə olunan təhsildən fərqlənən təhsil formasıdır. Qeyri-dövlət ictimai təşkilatları və ya cəmiyyətə fayda vermək məqsədilə qeyri-fiskal vəsaitlərdən istifadə edən şəxslər tərəfindən idarə olunan məktəblər və digər təhsil müəssisələri buna aiddir. 

  1. Nailiyyətlər

Çin əhalinin böyük əksəriyyətinin savadsız və ya yarı-savadlı olduğu bir toplumdan inkişaf edərək əhəmiyyətli təhsil resurslarına və böyük işçi qüvvəsinə, daha sonra isə yüksək keyfiyyətli təhsil və insan resurslarına malik bir ölkəyə çevrilib. Müasir təhsil baxımından dünya miqyasında orta-yuxarı kateqoriyada dünyanın ən böyük təhsil sistemi reytinqini qazanıb. Məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi və əlverişli qiymətə məktəbəqədər təhsillə əhatə səviyyəsi 84 faizi, doqquz illik icbari təhsilin başa çatma səviyyəsi 95 faizi ötüb. Tam orta təhsil bütün ölkə üzrə əlçatandır. Müxtəlif bölgələr, şəhər, kənd yerləri və fərqli məktəblər arasında təhsildə fərqlər azalıb. Çinin əsas təhsili məktəblərə və müəllimlərə əlçatanlıqdan tutmuş hər ikisinin keyfiyyətinin təmin edilməsinə qədər irəliləyib və bütün uşaqlar üçün keyfiyyətli və bərabər təhsili reallığa çevirir. 

Çinin universitet və kollecləri indiyə qədər 100 milyona yaxın yüksək səviyyəli mütəxəssis hazırlayıb. Ali təhsil  müəssisələrinə qəbul artmaqdadır və təhsil səviyyəsi hazırda dünyada yuxarı-orta kateqoriyada yer alır. Peşə təhsili müəssisələri çoxlu sayda yüksək ixtisaslı kadrlar və sənətkarlar yetişdirir. Keçmişdə xüsusi təhsil yox idi; indi əlilliyi olan insanların da bərabər təhsil hüquqları təmin edilir. İnternet və rəqəmsal texnologiyalarla genişləndirilmiş və geniş şəxsi seçimlər təklif edən ömürlük təhsil sistemi qurulur və özünü təkmilləşdirmə gündəlik fəaliyyətə çevrildikcə hamı üçün öyrənən cəmiyyət formalaşır. Çində təhsil insanlara daha yaxşı həyat sürmək üçün yollar açır, onların taleyini dəyişir, arzularını reallığa çevirir və həyatda daha çox imkanlar təqdim edir.

2021-ci ildə Çində 291 milyon şagird və 18,4 milyon tam gün (full-time) işləyən müəllim olmaqla bütün səviyyələrdə və müxtəlif növlərdə 529300 məktəb fəaliyyət göstərib. Məktəbəqədər təhsil üzrə ümumi qəbul səviyyəsi 88,1, doqquz illik icbari təhsili başa vurma səviyyəsi isə 95,4 faizə çatıb. Ölkə üzrə 2895 əyalətdə ibtidai təhsildə qeydiyyat səviyyəsi 100 faizdən bir qədər az, tam orta təhsildə ümumi qəbul nisbəti 100 faizdən yuxarı olmaqla icbari təhsil balanslaşdırılmış inkişafa nail olub. Tam orta təhsil üzrə ümumi qəbul səviyyəsi 91,4 faiz, ali təhsildə isə 57,8 faizə çatıb. Çindəki bütün ibtidai və orta məktəblərin internetə çıxışı təmin olunub və 99,5 faizində artıq multimedia sinifləri var.

Müxtəlif təhsil səviyyələrinə qəbul faizi

 

 

1949

1978

2000

2020

Məktəbəqədər təhsil

0.4% (1950)

10.6%

46.1%

85.2%

İbtidai təhsil

20%

94%

99.1%

99.96%

Natamamorta təhsil

3.1%

66.4%

88.6%

102.5%

Orta təhsil

1.1%

35.1%

42.8%

91.2%

Ali təhsil

0.26%

2.7%

12.5%

54.4%

 

  1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və mübadilə

2000-ci ildən bəri Çin ardıcıl olaraq səkkiz  humanitar mübadilə mexanizmi qurub: Çin-Rusiya (noyabr 2000), Çin-ABŞ (may 2010), Çin-Böyük Britaniya (aprel 2012), Çin-Avropa (aprel 2012), Çin- Fransa (sentyabr 2014), Çin-İndoneziya (may 2015), Çin-Cənubi Afrika (aprel 2017) və Çin-Almaniya (may 2017).

Bu proqramlar təhsil, elm, texnologiya, mədəniyyət, səhiyyə, idman, radio və televiziya, media, kino, turizm, qadınlar, gənclik və arxivlər kimi bir çox sahələri əhatə edir.

 

  1. Gələn və gedən tələbələr

1978-2019-cu illərdə 6560600 çinli tələbə xaricdə təhsil alıb. Statistikaya görə, 2019-cu ildə 703500 çinli tələbə təhsilini davam etdirmək üçün xaricə gedib, 580300 nəfər isə geri qayıdıb. 2021-ci ildə 523, 700 çinli tələbə xaricdə təhsil alıb və 409 100 nəfər COVID-19 pandemiyasına görə geri qayıdıb.

 

  1. Məktəb proqramlarında Çinin xarici ölkələrlə əməkdaşlığı

2020-ci ilin sonuna qədər Çində Avstraliya, Böyük Britaniya, ABŞ, Kanada və Rusiya da daxil olmaqla 30-dan çox ölkəni əhatə edən 2332 Çin-xarici təhsil müəssisəsi və proqramı fəaliyyət göstərib. Bunlardan 785-i kollec və universitet Çində, 961-i xarici ölkələrdə olmaqla 1746 Çin-xarici ali təhsil müəssisəsi mövcud olub.

 

  1. Konfutsi İnstitutu

2020-ci ilə qədər Çin 162 ölkə və bölgədə 541 Konfutsi İnstitutu yaradıb, 2,2 milyon tələbə və 65 000 nəfər professor-müəllim heyəti ilə 1170 Konfutsi Sinifi açıb.

 

4.Gələcək inkişaf

Çində təhsilin keyfiyyətinin hərtərəfli yaxşılaşdırılması və təhsilin modernləşdirilməsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsi bu ölkənin təhsilin gələcək inkişafı proqramının əsas məqsədləridir. Proqramın əsas vəzifələrinə tələbələrin sosial məsuliyyətinin, innovasiyaların, sahibkarlıq və praktiki bacarıqların gücləndirilməsi; universal məktəbəqədər təhsilin inkişafı; icbari təhsilin balanslı inkişafına yardım etmək; ali məktəb təhsilinin universallaşdırılması; müasir peşə təhsilinin inkişafının sürətləndirilməsi; ixtisaslı bakalavr müəssisələrinin tətbiq yönümlü kollec və universitetlərə çevrilməsi; dünya səviyyəli universitetlərin və fənlərin qurulması baxımından balanslaşdırılmış yanaşmanın qəbul edilməsi; kollec və universitetlərin tədris və innovasiya sahəsində bacarıqlarının təkmilləşdirilməsi; öyrənən cəmiyyətin qurulmasının sürətləndirilməsi təhsil bərabərliyinin təşviqində böyük səylər göstərilməsi daxildir.

Əsas məqsədlərə nail olmaq üçün əlavə tədbirlər görülür. Bura müəllimlərin hazırlığının gücləndirilməsi, imtahan və qəbul sistemində islahatların dərinləşdirilməsi, təhsilə investisiya mexanizminin təkmilləşdirilməsi, özəl təhsilin inkişafının təşviqi və tənzimlənməsi, təhsilin informasiyalaşdırılmasının təşviqi, beynəlxalq əməkdaşlıq və mübadilələrin gücləndirilməsi, təhsil, innovasiya və sahibkarlıq yönümlü təhsil islahatının dərinləşdirilməsi daxildir.