İNKLÜZİV TƏHSİLİN TƏHSİLALANLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN FORMAlAŞMASINA TƏSİRİ


Qalina Novikova, Tatyana Baklanova




Məqalə yalnız Rusiya Federasiyasında deyil, ümumilikdə müasir dünyada xüsusi ehtiyacları olan uşaqların ümumi tipli təhsil müəssisələrində musiqi təhsili mühitinə daxil olması kimi aktual problemlərdən birinə həsr olunub. Beynəlxalq ictimaiyyəti müasir dünyanın hər bir ölkəsində inklüziv təhsilin inkişafına ciddi diqqət yetirməyə çağıran beynəlxalq bəyannamələrə xüsusi yer verilib. Məqalənin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların musiqi təhsilinə cəlb olunmasında inklüzivliyin (latın dilində, “include” – daxil edirəm sözündəndir) rolunu açıqlamaqdır. Məqalədə beynəlxalq sənədlərin, elmi tədqiqatların, musiqi dərsliklərinin, musiqi müəllimlərinin hazırlanması və ixtisasartırma üzrə təcrübələrin təhlili aparılıb. Sağlamlıq imkanları məhdud olan təhsilalanların əlçatan təhsil mühitində musiqi mədəniyyətinin formalaşmasına, həmçinin onların sosiallaşmasına, sosial-mədəni adaptasiyasına və inteqrasiyasına inklüzivliyin təsiri elmi problem kimi irəli sürülüb. Uşaqların ümumi musiqi təhsilində inklüzivliyin tarixi kökləri vurğulanıb; musiqi təhsilində inklüzivliyə dair yeni tədqiqatlar haqqında məlumatlar verilib; ibtidai ümumi təhsil şəraitində musiqi təhsili prosesinə inklüziv yanaşmanın həyata keçirilməsində istifadə oluna biləcək musiqi dərslikləri sadalanıb; ümumi musiqi təhsili təcrübəsində inklüziv təhsil texnologiyalarının işlənməsi, elmi əsaslandırılması və geniş tətbiqinin vacibliyi əsaslandırılıb. Məqalənin materialları ümumi musiqi təhsili təcrübəsində, musiqi müəllimlərinin peşəkar hazırlığı və ixtisasartırmasında, yeni dərsliklərin, dərs vəsaitlərinin və ümumi musiqi təhsili üzrə pedaqoji texnologiyaların işlənməsində istifadə oluna bilər. Bu da onun praktiki əhəmiyyətini artırır.