ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİNİN VIII SİNFİNDƏ “BƏRK CİSMİN XÜSUSİ İSTİLİK TUTUMUNUN TƏYİNİ” VİRTUAL PRAKTİK İŞ DƏRSİNİN MODELLƏŞDİRİLMƏSİNƏ DAİR


GÜLZAR HÜSEYNOVA Magistrant, Azərbaycan Dövlət Pedaqoji Universiteti. E-mail: [email protected] https://orcid.org/0000-0002-2120-4294




Məqalədə ümumi orta təhsil səviyyəsinin VIII siniflərində fizikadan təlim prosesinin interaktivləşdirilmə üsullarından biri kimi virtual praktik işlərin (laboratoriya işlərinin) icra mexanizmi şərh edilir. Bu məqsədlə “Fizikadan multimedia” elektron tədris resurslarından istifadə edilməsi tövsiyə olunur. Həmin resurslarda verilən virtual təlim modelləri JUniverse mühitində Java dilindən istifadə edilərək hazırlanıb, 3D Studio Max and Macromedia Flash animasiya proqramları tətbiq olunub. Modellərin yüksək səviyyədə interaktivliyi və təlim səhnəsinin obyektləri ilə kvazireal istifadəçi hərəkətləri təmin edilib. Şagirdlərin virtual mühitdə müstəqil işi üçün interaktiv didaktik materiallar (nəzəri məlumatlar, təlimatlar, bilik və bacarıqların yoxlanılması üçün test tapşırıqları) daxil olmaqla xüsusi modullar hazırlanıb. Yaradılan virtual praktik işlər isə məktəb fənləri üzrə ənənəvi laboratoriya dərslərinə faydalı əlavədir. Virtual praktik işlər maksimum aydınlığı, fiziki eksperimentlər üçün real avadanlıqların dəqiq modelləşdirilməsini təmin edir. Nümunə olaraq VIII sinifdə “Bərk cismin xüsusi istilik tutumunun təyini” virtual praktik iş dərsinin necə modelləşdirilməsinə baxılır.

AKTUALLIĞIN ƏSASLANDIRILMASI

XXI əsr icbari ümumi təhsilin təlim metodlarının təkmilləşdirilərək cəmiyyətin sürətli informasiyalaşdırılma tempinə uyğunlaşdırılmasını tələb edir. Bu isə şagirdlərin təlim nəticələrinin yüksəldilməsinə dair cəmiyyətin tələblərini, müasir Azərbaycanda
tədris-metodiki dəstəyin tez-tez yenilənməsini, təlim prosesinin keyfiyyətinin yüksəldilməsi zərurətini aktuallaşdırır. Odur ki, ümumi təhsilin müxtəlif səviyyələrində digər fənlərlə yanaşı, fizikanın təlimi prosesinin də müasir tələblər əsasında yeniləşdirilməsinə ciddi ehtiyac yaranıb. İndi şagirdlərə fiziki qanun və nəzəriyyələrin elmi əsaslarına dair akademik biliklər qazandırmaq kifayət deyil, onlara qazanılan bilikləri fiziki eksperimentlər əsasında yoxlamaq, bu eksperimentlərin nəticələrini müasir texnologiyaların iş prinsipinin izahına və praktik həyatla əlaqəli proseslərə tətbiq etmək bacarıqları aşılamaq tələb olunur. Lakin təhsilin informasiyalaşdırılması, fiziki eksperimentləri ənənəvi qaydada, sadə cihaz və avadanlıqlar vasitəsilə icra etməyə, təlim vaxtına israfçılıqla yanaşmağa imkan vermir. O, fizikadan təlim prosesinin, xüsusilə də fiziki eksperimentlərin, praktik iş dərslərinin virtuallaşdırılmasını tələb edir. O da qeyd edilməlidir ki, fizika fənni üzrə virtual eksperimentlər və praktik iş dərslərini həyata keçirən proqram təminatı hələ də kifayət dərəcədə tətbiq olunmur. Bunun da səbəblərindən biri fənn müəllimlərinə yardım edəcək virtual dərs modellərinin hazırlanmamasıdır.

Məqalədə ümumi orta təhsil səviyyəsinin VIII siniflərində fizikadan təlim prosesinin interaktivləşdirilmə üsullarından biri kimi virtual praktik işlərin (laboratoriya işlərinin) icra mexanizmi şərh edilir. Bu məqsədlə “Fizikadan multimedia” elektron tədris resurslarından uğurla istifadə edilə bilər (Murquzov, Abdurazaqov, 2007). Həmin resurslarda verilən virtual təlim modelləri JUniverse mühitində Java dilindən istifadə edilərək hazırlanıb, 3D Studio Max and Macromedia Flash animasiya proqramları tətbiq olunub. Modellərin yüksək səviyyədə interaktivliyi və təlim səhnəsinin obyektləri ilə kvazireal istifadəçi hərəkətləri təmin edilib. Şagirdlərin virtual mühitdə müstəqil işi üçün interaktiv didaktik materiallar (nəzəri məlumatlar, təlimatlar, bilik və bacarıqların yoxlanılması üçün test tapşırıqları) daxil olmaqla xüsusi modullar hazırlanıb. Yaradılan virtual praktik işlər isə məktəb fənləri üzrə ənənəvi laboratoriya dərslərinə faydalı əlavədir. Virtual praktik işlər maksimum aydınlığı, fiziki eksperimentlər üçün real avadanlıqların dəqiq modelləşdirilməsini təmin edir. Nümunə olaraq VIII sinifdə “Bərk cismin xüsusi istilik tutumunun təyini” virtual praktik iş dərsinin necə modelləşdirilməsinə baxılır. 

DƏRSİN QURULUŞU

Praktik iş fizika kabinetinin texniki təchizatın imkanlarından asılı olaraq qruplarla, yaxud cütlərlə təşkil edilə bilər. Tapşırıq haqqında məlumat şagirdlərə qabaqcadan verildiyindən, onun yerinə yetirilməsində ciddi çətinlik gözlənilmir. Qrup işi üçün nəzərdə tutulan dərs modeli cədvəl 1-də verilir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdurazaqov, R.R. (2007). Fizika. Yeni nəsil multimedia dərsliyi. Metodik vəsait. 1-ci hissə. Molekulyar fizika. Termodinamika. Bakı: Bakınəşr, 64 s.

2. Murquzov, M.İ., Abdurazaqov, R.R. (2007). Fizikadan multimedia. 4 CD diskindən 2-ci disk: Molekulyar fizika. Termodinamika. Bakı: Bakınəşr. 

3. Murquzov, M.İ., Abdurazaqov, R.R. (2019). Fizika 8. Dərslik. Bakı: Bakınəşr, 200 s. 

4. Murquzov, M.İ., Abdurazaqov, R.R. (2019). Fizika 8. Müəllimlər üçün metodik vəsait. Bakı: Bakınəşr, 200 s.