UNİVERSİTET MÜƏLLİMLƏRİNİN AKADEMİK FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN GÖSTƏRİCİLƏRİN İNTEQRAL İNDEKSİNİN EKSPERT TƏHLİLİ ƏSASINDA HESABLANMASI
ELÇİN ƏLİYEV, Texnika elmləri doktoru, professor, AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu. E-mail: [email protected] https://orcid.org/0000-0002-7987-2674 RAMİN RZAYEV, Texnika elmləri doktoru, professor, AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu. E-mail: [email protected] https://orcid.org/0000-0001-7658-2850 XANMURAD ABDULLAYEV, Texnika üzrə fəlsəfə doktoru, AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu. [email protected] https://orcid.org/0000-0002-0095-3114
Universitet müəllimlərinin fəaliyyətini qiymətləndirmək zərurəti ondan yaranır ki, müəllim işlədiyi ali məktəbin keyfiyyəti və nüfuzu haqqında əhəmiyyətli dərəcədə təsəvvür yaradır. Azərbaycanın əksər ali məktəblərində müəllimlərin fəaliyyətinin keyfiyyət qiymətləndirilməsi isə sistemli şəkildə aparılmır. Məsələn, kafedrada bu və ya digər şəkildə həyata keçirilən vakant vəzifələrin tutulması proseduru bəzən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün aydın şəkildə ifadə olunmuş konsepsiyaya əsaslanmır. Bu isə praktik işi çətinləşdirir və universitetin nüfuzuna mənfi təsir göstərir. Hazırda pedaqoji heyətin qiymətləndirilməsi üçün müxtəlif üsullar hazırlanır və aprobasiyadan keçirilir, lakin hələ də bu məsələdə ümumi qəbul edilmiş metodologiya yoxdur. Azərbaycanın ali məktəblərində müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi modellərinin və metodlarının işlənib hazırlanmasının mürəkkəbliyinin səbəblərini təhlil edərək, aşağıdakıları əsas amillər kimi müəyyən etdik: 1) kollektiv əməyin nəticəsi olan mütəxəssis hazırlanmasında bir çox funksional vəzifələri yerinə yetirən müəllimin ayrılıqda təhsilə verdiyi töhfənin qiymətləndirilməsinin mürəkkəbliyi; 2) ümumilikdə universitetin, xüsusi halda isə müəllimlərin fəaliyyətinin keyfiyyət nəticələri haqqında etibarlı məlumatın olmaması; 3) elmi-pedaqoji fəaliyyətin nəticələrinin tam yoxlanmış məlumatlar əsasında obyektiv qiymətləndirilməsinin aparılmasında bəzi rəhbər işçilərin və müəllimlərin istəyinin olmaması. Bu mülahizələrə əsaslanaraq, məqalədə ilkin mərhələdə keyfiyyət komitələrində və universitet rəhbərliyi tərəfindən sistemləşdirilmiş yekun nəticəyə görə müəllimlərin fəaliyyətinin ekspert qiymətləndirilməsi metodu təklif olunur.
GİRİŞ
Müxtəlif beynəlxalq agentliklər tərəfindən tərtib edilən müasir universitet reytinqlərində əsas komponentlərdən biri elmi-metodiki tədqiqatlar və nəşrlər, elmi kadrların hazırlanması, tədris və s. sahələrdə müəllimlərin fəaliyyətinin inteqral göstəricisidir (Altbach, 2013). Heç də təəccüblü deyil ki, professor-müəllim heyətinin elmi potensialı və metodiki peşəkarlığı universitetdə təhsilin keyfiyyətinə zəmanət verən reputasiya kimi qəbul edilir . Cəmiyyətin informasiyalaşdırılması və təhsil xidmətləri bazarında rəqabətin artması şəraitində akademik reputasiyanın əldə edilməsi və saxlanması hər bir universitet üçün prioritet məsələyə çevrilir.
Universitet müəllimlərinin peşə fəaliyyətinin qiymətləndirilməsi, müasir tələblər nəzərə alınmaqla, tam həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi baxımından təhsil biznes prosesinin ən mühüm komponentlərindən biridir. Lakin müəllimlər üçün akademik göstəricilərin müəyyənləşdirilməsi son dərəcə çətin bir iş kimi görünür, belə ki, elmi-pedaqoji fəaliyyət müxtəlif qiymətləndirmə variantlarının mümkün olduğu yaradıcı və innovativ fəaliyyət növünə aiddir.
Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün bir sıra yanaşmalar mövcuddur: səriştə əsaslı, sistemli, çoxsəviyyəli, optimallaşdırılmış və sinergetik (Kehm, 2009). Sadalanan yanaşmalar müəllimlərin akademik reytinqinin hesablanması üçün çoxsaylı metodlarda uğurla tətbiq edilib. Bu ilkin şərtdən çıxış edərək, universitetdə onların fəaliyyətinin həm formal, həm də zəif formalaşdırılan (və ya ölçülə bilməyən) nəticələrini nəzərə almaqla, müəllimlərin informasiya profillərinin yaradılmasına yeni yanaşmaların vacibliyi və aktuallığı aşkar görünür.
MÜƏLLİMLƏRİN FƏALİYYƏTİNİN KEYFİYYƏT MEYARLARI
Universitet müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün mövcud metodların əksəriyyəti təhsil xidmətlərinin göstərilməsi üzrə yüksək rəqabətli bazarda fəaliyyət göstərən ABŞ universitetlərində ən fəal şəkildə istifadə olunur. Qeyd etmək lazımdır ki, universitet müəlliminin keyfiyyətinin qiymətləndirilməsi ənənəsi özəl universitetlərin həmişə mütləq çoxluq təşkil etdiyi ABŞ-ın akademik mühitində yaranıb. Buna görə də, tədqiqat prosesində müəllimlərin qiymətləndirilməsi meyarlarının formalaşdırılması sahəsində Amerika təcrübəsindən istifadə olunur. Tennessi Texnoloji Universitetinin tədqiqatçıları ABŞ universitetlərində təhsil biznes prosesinin struktur komponentlərini təhlil edərək, universitetin nüfuzuna həlledici təsir göstərən aşağıdakı göstəricilərə uyğun olaraq müəllimlərin fəaliyyətinin keyfiyyətinə dair meyarlar sistemini təklif edirlər:
- Pedaqoji effektivlik (x1) – müstəqil sorğular və mühazirələrin, praktiki, laboratoriya və fərdi dərslərin, məsləhətlərin və s. keyfiyyətinə dair tələbələr arasında keçirilən müntəzəm sorğular vasitəsilə qiymətləndirilir.
- Elmi tədqiqat işi (x2) – elmi nəşrlərin: monoqrafiyaların, məqalələrin və digər elmi işlərin mövcudluğuna görə xüsusi komissiya tərəfindən qiymətləndirilir.
- Xaricdən maliyyələşdirilən tədqiqatlarda iştirak (x3) – müəllim xarici sifarişçilər tərəfindən maliyyələşdirilən layihələrdə iştirakına görə keyfiyyət komitəsi tərəfindən qiymətləndirilir.
- Tədqiqat layihələri və fənn tədqiqatları üzrə texniki hesabatlar (x4) – müəllimin qrant layihələrində iştirakına görə keyfiyyət komitəsi tərəfindən qiymətləndirilir. Qrant qazanan professor təkcə özünün deyil, bütövlükdə universitetin reputasiyasına təsir edən lazımi hesabatları hazırlamaq üçün çox vaxt sərf etməli və səy göstərməlidir.
- Mötəbər orqanlarda çıxışlar (x5) – müəllimin seminarlarda, elmi forumlarda və konfranslarda, peşəkar cəmiyyətlərdə və s. iştirakına görə keyfiyyət komitəsi tərəfindən qiymətləndirilir. Aydın məsələdir ki, müəllimin ictimai tədbirlərdə ekspert rolunda istənilən çıxışı universitet üçün yaxşı reklam deməkdir.
- Elmi fəaliyyətlə bağlı olmayan ictimai təşkilatlarda təmsilçilik və çıxışlar (x6) – müəllimin müxtəlif hamilik şuralarında, maraq klublarında, idman bölmələrində və ya tədbirlərdə, sosial xidmətlərdə, fondlarda və s. tədbirlərdə iştirakı keyfiyyət komitəsi və universitet rəhbərliyi tərəfindən qiymətləndirilir. Müəllimin ictimai işlərə cəlb olunması universitet üçün əlavə reklam yaradır.
- İctimai və dövlət siyasətinə təsir göstərən orqanlarda təmsilçilik (x7) – müəllimin parlamentdə və digər dövlət qurumlarında çıxışı, hüquq təşkilatlarında ekspert kimi və s. fəaliyyəti keyfiyyət komissiyası və universitetin rəhbərliyi tərəfindən qiymətləndirilir.
- Bələdiyyə, dövlət və məsləhətçi orqanlarda, müxtəlif komitələrdə xidmət (x8) – müəllimin bu fəaliyyət növünə sərf etdiyi vaxt nəzərə alınmaqla keyfiyyət komitəsi və universitet rəhbərliyi tərəfindən qiymətləndirilir.
- Elmi nəşrlərdə işlərə istinadlar (x9) – Hirşa indeksi tətbiq olunmaqla keyfiyyət komitəsi tərəfindən qiymətləndirilir.
- Komitələrdə, komissiyalarda və işçi qruplarda iş (x10) – müəllimin universitetin daxili və xarici həyatında iştirakına görə həmkarlar və universitet rəhbərliyi tərəfindən qiymətləndirilir ki, bu da onun yerinə yetirdiyi təhsil biznes prosesinə loyallığını göstərir.
- Cari texnoloji məsələlər üzrə məsləhətlərin verilməsi (x11) – müəllimin tələbələrə, həmkarlarına və universitet administrasiyasına göstərdiyi məsləhət xidmətlərinə sərf etdiyi günlərin sayını hesablamaqla universitet rəhbərliyi tərəfindən qiymətləndirilir.
- İstehsalatla, işəgötürənlərlə birbaşa əlaqə (x12) – müəllimin sərf etdiyi vaxt və sahədən asılı olaraq bu cür əlaqələrin səmərəliliyi nəzərə alınmaqla universitet rəhbərliyi tərəfindən qiymətləndirilir.
- Texnoloji lisenziyalaşdırma, sertifikatlaşdırma, patentlər (x13) – müəllimin təsdiq edilmiş ixtiralarının olmasına görə keyfiyyət komissiyası tərəfindən qiymətləndirilir.
Müəllimin fəaliyyətinin inteqral qiymətləndirilməsi üçün müəyyən olunmuş vahid yanaşma mövcud deyildir, çünki informasiya profilinin kompilyasiyası inzibati standartdan çox elmi tədqiqat xarakteri daşıyır. Müəllimin fəaliyyətinin keyfiyyət qiymətləndirilməsinə yanaşma çevik olmalıdır, çünki qiymətləndirilən hər bir fəaliyyət növünün öz xarakterik xüsusiyyətləri vardır. Üstəlik, hər bir konkret halda müəllimin inteqral qiymətləndirilməsinin nəticəsi onun profilindən, resursların mövcudluğundan, məqsəd və vəzifələrdən asılı olaraq universitet tərəfindən müstəqil şəkildə həyata keçirilməlidir.
MƏSƏLƏNİN QOYULUŞU
Fəaliyyətinin inteqral qiymətləndirilməsi əsasında müəllimlərin informasiya profillərini formalaşdırmaq üçün əvvəlcədən ekspert komissiyalarının və universitet rəhbərliyinin qərarları əsasında tərtib edilmiş məlumatların müəllimin xi (i=1÷13) meyarlarına uyğunluğu üzrə statistik təhlilini aparmaq lazımdır. Bu, son məlumatın maksimum obyektivliyini təmin etməli olan kifayət qədər vaxt aparan və əmək tələb edən prosesdir.
Tutaq ki, ekspert komissiyaları və universitet rəhbərliyi tərəfindən müəllimin akademik və digər fəaliyyəti ilə bağlı ilkin məlumatlar xi (i = 1÷13) meyarlarına uyğunluğa görə 10 ballıq şkala üzrə unifikasiya edilib və hər bir meyar üzrə orta göstəriciyə gətirilib. Nəticədə, ekspert təhlili metodlarından istifadə edərək bütün müəllimlər üçün məlumatların toplanması və ilkin emalı əsasında təhsilverənlərin akademik göstəricilərini onların fəaliyyətinin inteqral qiymətləndirilməsi şəklində hesablamaq lazımdır. Beləliklə, bu tədqiqatın əsas məqsədi universitet müəllimlərinin fəaliyyəti ilə bağlı ekspert komissiyalarının qiymətləndirmə nəticələrinin kompilyasiyası metodologiyasını hazırlamaqdır. Müəllimlərin fəaliyyətinin inteqral qiymətləndirilməsinə nisbi təsir göstərən xi (i = 1÷13) amillərinin keyfiyyət xüsusiyyətlərinə əsaslanaraq onların akademik reytinqlərini hesablamaq lazımdır.
EKSPERT QƏRARLARI ƏSASINDA QİYMƏTLƏNDİRMƏ MEYARLARININ ÇƏKİLƏRİNİN İDENTİFİKASİYASI
Beləliklə, müəllimin fəaliyyətinin inteqral qiymətləndirilməsi nəticəsi kimi onun indeksi xi (i=1÷13) göstəricilər sistemi ilə səciyyələnən multifaktorial kateqoriyadır. Yekun nəticəyə təsir nöqteyi-nəzərindən bu göstəricilərin hər biri müəllimin indeksinin müəyyən edilməsində müvafiq meyarın əhəmiyyət dərəcəsini nümayiş etdirən özünəməxsus xüsusi çəkiyə malikdir. Buna görə də, çoxmeyarlı qiymətləndirmə proseduruna keçməzdən əvvəl, hər bir universitetin öz spesifikasını nəzərə alaraq təyin etdiyi göstəricilərin çəki əmsallarını müəyyən etmək lazımdır.
Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi meyarları kimi xi göstəricilərinin çəkilərinin müəyyən edilməsi aşağıdakıları nəzərdə tutur: 1) müəllimin yekun indeksinə nisbi təsirindən çıxış edərək xk göstəricilərinin prioritetlərinə görə ekspert sıralanması; 2) dərəcələrinə uyğun olaraq xk göstəricilərinin ümumiləşdirilmiş çəkilərinin normallaşdırılmış qiymətlərinin qrup şəklində ekspert qiymətləndirilməsi. Bu sxemə istinad edərək mühakimələrimizi aşağıdakı kimi davam etdiririk.
Fərz edək ki, müstəqil sorğu yolu ilə 15 ekspertin xi göstəricilərinin prioritetliyi dərəcələrinin qiymətləndirmələri alınıb. Bu zaman hər bir ekspertə xi-ləri bu prinsiplə yerləşdirmək tapşırılıb: ən vacib göstəricini "1", sonrakı daha az vacib olanını "2" rəqəmi ilə işarə etməklə ekspertin verdiyi üstünlüyün azalması istiqamətində davam etmək. Bu yolla alınmış xi göstəricilərinin dərəcələrinin qiymətləndirilməsi cədvəl 1-də göstərilib.
Cədvəl 1. Müəllimin fəaliyyət göstəricilərinin ekspert dərəcələnməsi
Ekspert | Müəllimin fəaliyyət göstəriciləri və onların dərəcələrinin qiymətləndirilməsi (rij) | ||||||||||||
x1 | x2 | x3 | x4 | x5 | x6 | x7 | x8 | x9 | x10 | x11 | x12 | x13 | |
1 | 1 | 2 | 3 | 5 | 7 | 10 | 12 | 13 | 4 | 11 | 9 | 8 | 6 |
2 | 2 | 1 | 4 | 5 | 7 | 10 | 12 | 13 | 3 | 9 | 11 | 8 | 6 |
3 | 1 | 2 | 4 | 6 | 8 | 10 | 12 | 13 | 3 | 11 | 9 | 7 | 5 |
4 | 2 | 1 | 3 | 6 | 7 | 12 | 10 | 11 | 5 | 13 | 8 | 9 | 4 |
5 | 1 | 2 | 3 | 5 | 7 | 12 | 10 | 13 | 4 | 9 | 11 | 8 | 6 |
6 | 1 | 4 | 3 | 5 | 7 | 13 | 10 | 12 | 2 | 9 | 8 | 11 | 6 |
7 | 3 | 1 | 2 | 4 | 7 | 13 | 10 | 12 | 5 | 9 | 8 | 11 | 6 |
8 | 1 | 3 | 4 | 6 | 8 | 10 | 13 | 12 | 2 | 11 | 9 | 7 | 5 |
9 | 1 | 2 | 3 | 4 | 7 | 13 | 12 | 10 | 5 | 9 | 11 | 8 | 6 |
10 | 1 | 2 | 4 | 6 | 7 | 10 | 12 | 13 | 3 | 8 | 11 | 9 | 5 |
11 | 2 | 1 | 3 | 6 | 8 | 11 | 12 | 13 | 4 | 10 | 9 | 7 | 5 |
12 | 1 | 2 | 3 | 6 | 7 | 13 | 10 | 11 | 4 | 12 | 8 | 9 | 5 |
13 | 1 | 2 | 4 | 5 | 7 | 13 | 11 | 12 | 3 | 9 | 10 | 8 | 6 |
14 | 2 | 1 | 3 | 5 | 7 | 13 | 10 | 12 | 4 | 9 | 8 | 11 | 6 |
15 | 3 | 1 | 2 | 4 | 7 | 12 | 10 | 11 | 5 | 9 | 8 | 13 | 6 |
∑ | 23 | 27 | 48 | 78 | 108 | 175 | 166 | 181 | 56 | 148 | 138 | 134 | 83 |
Növbəti mərhələyə keçmək üçün ekspert rəylərinin uyğunluq dərəcəsini müəyyənləşdirmək lazımdır. Bunun üçün, adətən, Kendall uyğunluq əmsalı istifadə olunur ki, bu da aşağıdakı düsturla ekspert rəylərinin çoxsaylı dərəcələmə korrelyasiyasını nümayiş etdirir:
burada m – dəvət olunan ekspertlərin sayı; n – müəllimin fəaliyyət göstəricilərinin sayı, S isə –ekspert rəylərinin xi göstəricilərinin dərəcələrinin orta qiymətindən aşağıdakı düsturla hesablanan kənarlaşmasıdır (Lin, Hedayat, Wu, 2012):
burada rij ∈{1, 2, …, n} – j-cu (j = 1÷m) ekspert tərəfindən müəyyən olunmuş i-ci (i = 1÷n) göstəricinin dərəcəsidir.
Bizim halda (2)-dəki düstur və cədvəl 1-dəki məlumatlar əsasında hesablanmış S = 37856 qiymətində müvafiq Kendall uyğunluq əmsalı (1) düsturu ilə aşağıdakı kimi alınır:
Əmsalın qiyməti, daha doğrusu, W = 0.9244 > 0.6 şərti xi göstəricilərinin əhəmiyyət dərəcələri ilə bağlı ekspert rəyləri arasında kifayət qədər uyğunluğun olmasından xəbər verir.
Müstəqil sorğunun növbəti mərhələsində ekspertlərə həmçinin xi (i=1÷13) göstəricilərinin ümumiləşdirilən çəkilərinin normallaşdırılan qiymətləndirmələrinin qiymətlərini müəyyən etmək tapşırılıb, nəticədə, cədvəl 2-də göstərilən ümumiləşdirilən müvafiq ekspert qiymətləndirmələri alınıb.
Cədvəl 2. xi göstəricilərinin çəkilərinin normallaşdırılmış qiymətlərinin ekspert qiymətləndirməsi
xi (i=1÷13) göstəricilərinin çəkilərinin identifikasiyası iterasiya yolu ilə aşağıdakı düstur əsasında aparılır (Mardanov, Rzayev, 2019):
burada wj(t) – t-ci addımda ekspertlərin aşağıdakı [4] bərabərliyi ilə hesablanan səriştəlilik göstəriciləridir:
burada η(t) - iterasiyanın növbəti addımına keçidi təmin edən və [4] düsturu ilə hesablanan normallaşdırıcı vuruqdur (Mardanov, Rzayev, 2019):
xi göstəricilərinin çəkilərinin identifikasiyası prosesi aşağıdakı şərt ödənildiyi halda başa çatır:
burada ε – istifadəçi tərəfindən seçilən hesablama dəqiqliyidir.
Hesablamaların dəqiqliyinin kifayət qədər kiçik bir qiymət olduğunu nəzərə alsaq, yəni onu, məsələn, ε = 10-5 kimi götürərək, həmçinin ilkin mərhələdə (t = 0) ekspertlərin səriştəsinin eyni şəkildə wj(0)=1/m qiyməti ilə xarakterizə olunduğunu fərz etsək, xi
göstəricilərinin ümumiləşdirilmiş çəkilərinin normallaşdırılmış qiymətləndirmələr qrupları üzrə orta qiymətlərini 1-ci yaxınlaşmada (3) düsturunun xüsusi ifadəsindən ala bilərik:
(i=1÷13). Bu halda, uyğun olaraq alırıq: ∝1(1)= 0.13367, ∝2(1)= 0.13133, ∝3(1)= 0.11400, ∝4(1)= 0.09300, ∝5(1) = 0.07300, ∝6(1)= 0.03133, ∝7(1)=0.03733, ∝8(1)= 0.02900, ∝9(1)= 0.10800, ∝10(1)= 0.04833, ∝11(1)= 0.05433, ∝12(1)=
0.05700, ∝13(1)= 0.08967.
Göründüyü kimi, xi göstəricilərinin ümumiləşdirilmiş çəkilərinin normallaşdırılmış qiymətləndirmələrinin 1-ci yaxınlaşması üçün tələb (6) yerinə yetirilmir. Buna görə də normallaşdırıcı vuruq η(1) vasitəsilə aşağıdakı kimi hesablanan növbəti iterasiyaya keçid baş verir:
(4)-ə uyğun olaraq səriştəlilik göstəriciləri aşağıdakı şəkildə tənzimlənərək
1-ci yaxınlaşmada bu qiymətləri alır: w1(1) = 0.06692, w2(1) = 0.07171, w3(1) = 0.06674, w4(1) = 0.06652, w5(1) = 0.06692, w6(1) = 0.06644, w7(1) = 0.06652, w8(1) = 0.06643, w9(1) = 0.06671, w10(1) = 0.06673, w11(1) = 0.06662, w12(1) = 0.06679, w13(1) = 0.06692, w14(1) = 0.06684, w15(1) = 0.06119.
Bu halda, (3)-ə uyğun olaraq, və ya daha dəqiq şəkildə: yaxınlaşmada xi göstəricilərinin çəkilərinin normallaşdırılmış qiymətləndirilmə qrupları üzrə orta qiymətləri uyğun qiymətlər olacaq: ∝1(2) = 0.13376, ∝2(2) = 0.13131, ∝3(2) = 0.11389, ∝4(2) = 0.09295, ∝5(2) = 0.07300, ∝6(2) = 0.03138, ∝7(2) = 0.03728, ∝8(2) =
0.02889, ∝9(2) = 0.10810, ∝10(2) = 0.04833, ∝11(2) = 0.05419, ∝12(2) = 0.05725, ∝13(2) = 0.08966.
Bu qiymətlərdə (6) şərtinin ödənilməsini yoxlayaraq və onun yenə ödənilmədiyinə əmin olaraq:
növbəti addıma uyğun olan normallaşdırıcı vuruq aşağıdakı şəkildə hesablanır:
Bu zaman 2-ci yaxınlaşmada ekspertlərin səriştəlilik göstəriciləri aşağıdakı ədədlər olacaq: w1(2) = 0.06692; w2(2) = 0.07172; w3(2) = 0.06675; w4(2) = 0.06652; w5(2) = 0.06693; w6(2) = 0.06644; w7(2) = 0.06651; w8(2) = 0.06644; w9(2) = 0.06671; w10(2) =
0.06673; w11(2) = 0.06662; w12(2) = 0.06679; w13(2) = 0.06693; w14(2) = 0.06684; w15(2) = 0.06117.
(3)-ə görə ekspertlərin yenilənmiş səriştəlilik dərəcələrini nəzərə alsaq 3-cü yaxınlaşmada xi göstəricilərinin çəkilərinin normallaşdırılmış qiymətləndirilmə qrupları üzrə orta qiymətləri aşağıdakı ədədlər olacaq: ∝1(3) = 0.13376; ∝2(3) = 0.13131; ∝3(3) =
0.11389; ∝4(3) = 0.09295; ∝5(3) = 0.07300; ∝6(3) = 0.03138; ∝7(3) = 0.03728; ∝8(3) = 0.02889; ∝9(3) = 0.10810; ∝10(3) = 0.04833; ∝11(3) = 0.05419; ∝12(3)= 0.05725; ∝13(3) = 0.08966.
Aşağıdakılardan göründüyü kimi,
(6) şərti artıq ödənilir, bu da hesablamaların dayandırılması üçün əsasdır. Bu o deməkdir ki, ∝1(3), ∝2(3), …, ∝13(3) müəllimin xi (i=1÷13) meyarlarına uyğun olaraq fəaliyyətini əks etdirən göstəricilərin ümumi çəkiləridir.
Universitet müəlliminin nəzəri olaraq 0-100 aralığında yerləşən akademik indeksinin alınması aşağıdakı düstur vasitəsilə həyata keçirilir:
burada n – qiymətləndirmə əlamətlərinin sayı; ∝i –xi (i = 1÷n) qiymətləndirmə əlamətinin xüsusi çəkisi; ei – müəllimin akademik və digər fəaliyyətlərinin 10 ballıq şkala üzrə konsolidasiya edilmiş ekspert qiymətləndirməsidir. Bu halda, indeks nə qədər yüksək
olarsa, o, müəllimin kompleks fəaliyyətinin təhlilinin nəticələrinə görə bir o qədər uğurlu hesab olunur.
Nümunə olaraq beş müəllim ak (k=1÷5) seçək. Bu müəllimlər üçün xi (i=1÷13) meyarlarına uyğunluq üzrə elmi və digər fəaliyyətləri ilə bağlı ekspert komissiyaları və universitet rəhbərliyi tərəfindən ilkin məlumatlar 10 ballıq şkala üzrə unifikasiya olunub, hər bir meyar üzrə orta qiymət hesablanıb. Belə emaldan sonra hər bir müəllim üçün meyarlar üzrə orta qiymətlər əsaslı məlumatlar cədvəl-3 şəklində sistemləşdirilib. Burada həm də alınan məlumatlara uyğun müəllimlərin (7) düsturu ilə hesablanan müvafiq akademik göstəriciləri verilib.
Cədvəl 3. 10 ballıq şkalada unifikasiya olunmuş ekspert rəylərinin orta qiymətləri
Keyfiyyət meyarı (xi) |
Meyarın çəkisi (ai) |
Universitet müəllimləri (ak) | max {eik} | ||||
a1 | a2 | a3 | a4 | a5 | |||
x1 | 0.13376 | 7.47 | 8.46 | 2.37 | 4.18 | 2.54 | 8.46 |
x2 | 0.13131 | 7.98 | 3.11 | 6.12 | 8.32 | 2.97 | 8.32 |
x3 | 0.11389 | 5.33 | 3.51 | 6.50 | 1.84 | 8.90 | 8.90 |
x4 | 0.09295 | 1.67 | 6.15 | 1.04 | 9.89 | 1.79 | 9.89 |
x5 | 0.07300 | 1.62 | 9.87 | 9.72 | 0.33 | 3.96 | 9.87 |
x6 | 0.03138 | 9.18 | 9.17 | 4.45 | 9.04 | 8.10 | 9.18 |
x7 | 0.03728 | 3.68 | 2.05 | 4.20 | 3.05 | 1.15 | 4.20 |
x8 | 0.02889 | 2.48 | 0.01 | 3.86 | 2.63 | 5.69 | 5.69 |
x9 | 0.10810 | 5.29 | 6.52 | 5.97 | 7.39 | 3.20 | 7.39 |
x10 | 0.04833 | 3.27 | 5.07 | 8.73 | 6.24 | 4.51 | 8.73 |
x11 | 0.05419 | 6.17 | 2.09 | 5.30 | 9.79 | 5.58 | 9.79 |
x12 | 0.05725 | 2.98 | 8.00 | 4.91 | 2.46 | 2.93 | 8.00 |
x13 | 0.08966 | 7.81 | 6.43 | 3.35 | 9.06 | 3.51 | 9.06 |
Akademik indeks | 63.00 | 66.92 | 58.88 | 68.91 | 47.12 | 100.00 |
NƏTİCƏ
Məqalədə müəllimlərin elmi və pedaqoji fəaliyyətinin əsas göstəriciləri üzrə konsolidasiya olunmuş ekspert qiymətləndirmələrinin çəkili toplama yolu ilə hesablanmasına dair bir yanaşma təklif olunur. Burada ABŞ universitetlərində müəllimlərin fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi məqsədilə sistemli şəkildə tətbiq olunan tədrisin keyfiyyət göstəriciləri sistemi əsas götürülüb. Qiymətləndirmə meyarlarının prioritetini müəyyənləşdirmək məqsədilə keyfiyyət göstəricilərinin çəkilərinin identifikasiyası üçün analitik üsuldan istifadə edilib. Təklif olunan yanaşma 10 ballıq şkala üzrə ilkin mərhələdə əldə edilən vahid ekspert qərarlarının orta hesablanan qiymətləndirmələri ilə xarakterizə olunan beş müəllimin timsalında aprobasiyadan keçirilib.
İstifadə edilmiş ədəbiyyat
1 Altbach, P.G. (2013). The global future of higher education and the academic profession: the BRICs and the United States. Springer, Heidelberg
2 Kehm, B.M. (2009). University rankings, diversity and the new landscape of higher education. Sense Publishers, Rotterdam.
3 Lin, A., Hedayat S., and Wu, W. (2012). Statistical tools for measuring agreement. Springer, Heidelberg.
4 Mardanov, M.J., Rzayev, R.R. (2019). One approach to multi-criteria evaluation of alternatives in the logical basis of neural networks // Springer's Series “Advances in Intelligent Systems and Computing”. Vol. 896, pp. 279–287.