4 C bacarıqları




Müasir ədəbiyyatda tez-tez  “4 C bacarıqları” ifadəsinə rast gəlirik.   Bu bacarıqlar nədir? Onların şagird və tələbələr üçün əhəmiyyəti nədən ibarətdir? Bu sualların cavabını araşdıran yazını oxucularımıza təqdim edirik.

 

Xarici pedaqoji ədəbiyyatda “4 C bacarıqları” daha çox kurrikulumun bir hissəsi kimi təqdim olunur.

Təhsil prosesində 21-ci əsr bacarıqlarının hamısı zəruri olsa da, daha  çox " 4 C"-nin mənimsənilməsi vacib hesab olunur.

21-ci əsrin dörd C bacarıqları deyiləndə aşağıdakılar nəzərdə tutulur:

  1. Tənqidi düşüncə (Critical thinking)
  2. Yaradıcılıq (Creativity)
  3. Əməkdaşlıq (Collabration)
  4. Ünsiyyət (Communication)

Hesab olunur ki, məhz bu dörd bacarıq müasir gənclərin təhsil müəssisəsində və ya iş yerində uğur qazanması üçün vacibdir.

 

     1.Tənqidi düşüncə (Critical thinking)

Uşaqlar yalnız məlumat və ya faktlarla kifayətlənmirlər. Onlar sual verməyi, araşdırmağı, kəşf etməyi öyrənirlər.

Ətraf aləmi araşdırmaqla onlar başqalarına da tənqidi düşünməyə kömək edirlər. Bu, tənqidi düşüncənin ən vacib hissəsi sayılır. Bir şagird bunu mənimsədikdən sonra onu yaşıdlarına da ötürür.

"Niyə?" sualına cavab axtarmaq bacarığı insanı müstəqil, məqsədyönlü həyata hazırlayır.

  1. Yaradıcılıq (Creativity)

Yaradıcılıq standartlardan, çərçivələrdən kənar düşünmə bacarığıdır.

Yaradıcılığa hər kəsdə olmayan keyfiyyət kimi baxılsa da, təhsilalanlar problemləri həll etmək, sistemlər yaratmaq və ya sadəcə əvvəllər etmədikləri bir şeyi sınamaqla yaradıcı olmağı öyrənə bilərlər.

Bu o demək deyil ki, hər kəs rəssam və ya yazıçı olacaq. Bu o deməkdir ki, onlar problemlərə başqalarının görmədiyi perspektivlərdən baxa biləcəklər.

Təhsilalanlar öz yaradıcılıq bacarıqlarını aşkarlayanda onu sağlam və məhsuldar şəkildə ifadə etməyi də öyrənirlər.

Ən əhəmiyyətlisi isə odur ki, onlar da bu yaradıcılığı başqaları ilə bölüşmək üçün motivasiya əldə edirlər.

Tənqidi düşüncədə olduğu kimi, belə yaradıcılıq da “yoluxucu”dur. Bir şagird problemin maraqlı və ya innovativ həllini tapıb onu paylaşanda,  başqa biri də oxşar bir şeyi sınamaq üçün həvəslənə bilər. Bu o demək deyil ki, uşaqların hər bir yaradıcılıq cəhdi uğurlu olacaq. Onlar uğursuzluqla da üzləşəcəklər, bəzi ideyaları həyata keçirmək alınmayacaq. Amma bu onları yeni axtarışlara sövq edəcək. Yaradıcılığın məqsədi təhsilalanları çərçivədən kənar düşünməyə təşviq etməkdir. Hər şeyi həmişə etdikləri kimi təkrarlamaq məcburiyyətində olmadıqlarını başa düşsələr,  daha yaxşı yollar tapa bilərlər.

Təhsilalanlar öz yaradıcılıqlarını təkbaşına gerçəkləşdirməli deyillər. Burada da 21-ci əsrin başqa bir bacarığına ehtiyac yaranır.

  1. Əməkdaşlıq (Collabration)

Əməkdaşlıq ümumi məqsədə çatmaq üçün birlikdə işləmək təcrübəsidir. Təhsilalanlar həyatları boyu başqa insanlarla birlikdə işləməli olacaqlar.Faktiki olaraq hər bir iş kiminsə nə vaxtsa başqa bir insanla ünsiyyətdə olmasını tələb edir.

Əməkdaşlıq və komanda işi təhsilalanların problem həll etməyi, həll yollarını təklif etməyi və ən yaxşı hərəkət kursunu seçməyi anlamasına kömək edir.

Başqa insanların onlarla həmişə eyni fikirlərə sahib olmadığını öyrənmək onlar üçün çox faydalıdır.

Əslində, təhsilalanlar daha çox əməkdaşlığa cəhd etdikcə öyrənəcəklər ki, başqalarında fərqli ideyalar çoxdur.  Bu onlara iki cür təsir edə bilər. Birincisi - ruhdan sala, ikincisi isə cəsarətləndirə bilər.  Çünki hər söhbətdə ortalığa unikal bir ideya çıxa bilər.

Bir müəllimin işi təhsilalanları özlərinə ikinci obyektivdən baxmağa təşviq etməkdir. Beləliklə, onlar öz fikirlərini ifadə etməli , müzkirə aparmalı olduqlarını öyrənirlər.

  1. Ünsiyyət (Communication)

Ünsiyyət fikirləri tez və aydın şəkildə çatdırmaq təcrübəsidir.

Müasir cəmiyyətdə ünsiyyət çox vaxt təbii qəbul edilir. Amma əslində nəsə söyləmək, bir fikri çatdırmaq hələ ünsiyyət qurmaq demək deyil.

SMS, e-poçt, sosial media və s.-nin geniş istifadə olunduğu mətn əsaslı ünsiyyət əsrində  - insanın fikirlərini başqalarının başa düşə biləcəyi şəkildə çatdırmağı öyrənməsi heç vaxt bu qədər vacib olmamışdı. Bunun səbəbi mətnə ​​əsaslanan ünsiyyətlərin tonunun hiss olunmamasıdır. Bu isə kiminsə sözlərinin kontekstini başa düşmək üçün vacibdir.

Səs tonunun hiss olunduğu üzbəüz vəziyyətlərdə belə, təhsilalanlar  effektiv ünsiyyət qurmağı öyrənməlidirlər. Auditoriyanı oxumaq – hətta qrup müzakirəsində iki nəfər olsa belə – təhsilalanları ideyanı genişləndirməyə və ya fikirlərini yekunlaşdırmağa həvəsləndirmək lazımdır.

Təhsilalanlar ünsiyyət qurmağı məşq etdikcə, belə demək mümkünsə, öz fikirlərini “alaq otları”ndan təmizləyərək daha səmərəli çatdıra biləcəklər.

Yenə də qeyd etmək lazımdır ki, 21-ci Əsrin bacarıqlarına sahib olmaq üçün yalnız ünsiyyət yetərli deyil.

 

Uğur qazanmaq üçün təhsilalanlar bu dörd bacarığın hamısından birlikdə istifadə etməlidirlər.

Mənbə:

https://www.aeseducation.com/blog/four-cs-21st-century-skills