ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
İnformasiya-Kommunikasiya Texnologiyalarından İstifadə Vasitəsilə Təlİm Prosesinin İdarə Olunması

Azərbaycan təhsil sistemi cəmiyyətin elmi-texniki və sosial-iqtisadi inkişafının başlıca mənbəyi kimi gənc nəslin təlim-tərbiyəsində əsas rol oynayan informasiyalaşdırma prosesinə qoşulmuşdur. İnformasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və qorunması məqsədilə informasiya texnologiyalarından tədris prosesində istifadə ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir. Bununla belə, bu sahədə problemlər hələ də mövcuddur. Dünya təcrübəsindən də göründüyü kimi, kifayət qədər çətin bir proses olan təhsilin informasiyalaşdırılması, müəyyən vaxt tələb etdiyindən, bu proses mərhələlərlə həyata keçirilir. Ölkədə informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsi sahəsində əməli işlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”dır. Ölkəmizin son illər zamanın tələbilə aktual olan distant təhsilin tətbiqi ilə əlaqədar bu təhsilalma formasının keyfiyyətinin artırılması, müasir informasiya mədəniyyətinin formalaşdırılması və milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsi məqsədilə məqalədə bəzi mühüm vəzifələr kompleksinin həyata keçirilməsi təklif edilir.
 

Açar sözlər: İnformasiya -kommunikasiya texnologiyaları, təlim, təhsil, distant təhsil

TƏRƏFDAŞLARIMIZ