ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Xarici Dil Təlimi Zamanı Tələbələrin Şifahi Nitq Bacarıqlarını Kulturoloji Aspektdə Formalaşdıran Amillər

Məqalədə mədəniyyətlərarası kommunikativ səriştənin tətbiqi üzrə əsas hədəfi ümumiləşdirmək və xarici dillərin tədrisində mədəni şüurun və şifahi nitq bacarıqlarının əhəmiyyətini vurğulamaq nəzərdə tutulur. Tələbələrin dünyagörüşünü inkişaf etdirmək üçün mədəni səriştəyə sahib olmaq və onları tətbiq etmək lazımdır. Qlobollaşan dünyada xalqlar və millətlər arasında kommunikasiya durmadan genişlənir. Mədəniyyət və dil müxtəlifliyinə malik dünyada mədəniyyətlərarası dialoqda yeni yanaşmalar tətbiq etmək zərurəti yaranır. Mədəniyyətlərarası kommunikasiya konsepsiyasının xarici dil dərslərinə inteqrasiya olunması hazırda mühüm şərt hesab olunur. Şifahi nitqə şəxsiyyətin və cəmiyyətin mədəniyyətinin, dil daşıyıcılarının nitq davranışının, ifadələrin qavrayışında və ötürülməsində yer alan proseslərin, tələbələrin mövcud və potensial tələbatının, dil vasitələrinin və onların nitqlə realizə olunmasının aspektləri daxildir.

Açar sözlər: Xarici dil, şifahi nitq, kulturoloji kommunikasiya, rol oyunu, müzakirə, strateji səriştə

TƏRƏFDAŞLARIMIZ