ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
İnklüziv təhsildə sinifin effektiv idarə edilməsinin məqsədi və əhəmiyyəti

Məqalədə inklüziv təhsilin tətbiqi ilə əlaqədar müxtəlif tarixi dövrlərdə
qəbul olunmuş qərarlar, layihələr, pedaqoji təcrübələr araşdırılır,
empirik metodların köməyi ilə təhlillər aparılır, onların səciyyəvi
xüsusiyyətləri qeyd olunur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında
sağlamlıq imkanları məhud şəxslər üçün inklüziv təhsilin
inkişafı üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri şərh olunur,
proqramın məqsədi və gözlənilən nəticələr açıqlanır. Burada, həmçinin
Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramının icrasına
dəstək məqsədilə həyata keçirilən layihələrin məzmunu və sinfin idarə
edilməsi zamanı istifadə edilən metodlar nəzəri cəhətdən ümumiləşdirilir.
Qeyd edilir ki, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi
olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların
intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin
olunmasına kömək edir. Əlilliyi olmayan uşaqlarda isə öz həmyaşıdlarına
və eyni sinifdə oxuyan fiziki məhdudiyyəti olan şəxslərə qarşı
düzgün yanaşmanın formalaşmasına səbəb olur. Bundan başqa,
inklüziv təhsil demokratik dəyərlərə – inama, cəsarətə, mərhəmətə,
bərabərliyə, zorakılıqdan imtina etməyə səsləyir. Belə ki, inklüziya
bütün uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli
təhsil prosesində iştirak edərək müəyyən nəticələr əldə etmək
hüquqlarının təmin edilməsini və sosial təcridə məruz qala bilən
şagirdlərə mənəvi dəstəyin göstərilməsini nəzərdə tutur. İnklüziv təhsil
prosesində müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla
onların intellektual inkişafına səmərəli kömək göstərilməsinə imkan
verən pedaqoji metodikaları, strategiyaları mənimsəyirlər. Effektiv təlim
mühiti yaradan müəllim proaktiv münasibət göstərir. Məqalədə həm
də sinfin effektiv idarə edilməsi qaydalarının əhəmiyyəti vurğulanır.

Açar sözlər: İnklüziv təhsil, uşaq hüquqları, təlim ehtiyacları, sosial model, sinfin idarə edilməsi, layihə.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ