ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
2021 - 1
access type Open Access

Say: 694

ISSN (Print): 0134-3289

ISSN (Onlayn): 2617-8060

Dövrilik: İldə 4 dəfə


BAŞ REDAKTORDAN

Əziz oxucu! 1924-cü ildən işıq üzü görən “Azərbaycan məktəbi” jurnalının yeni sayı ilə qarşınızdayıq. Jurnalın ilk adlarından biri “Müəllimə kömək” olub. Adımız dəyişib. Amma məqsədimiz heç zaman dəyişməyib. Bütün dövrlərdə Azərbaycan müəlliminin, təhsil və elm üçün çalışanların yanında olmuşuq və olacağıq. 

Təhsilimizin dünyanın yeni çağırışları ilə ayaqlaşması üçün həmişə oxucularımıza çıraq olmağa çalışacağıq. Elmimizin gerçəklik axtarışında əldə etdiyi yeni biliklərin dünyaya çatdırılmasının qayğısına qalacağıq. İndi Azərbaycan tarixi Qarabağa böyük qayıdış dövrünü yaşayır. Bu şərəfli tarixin yazılmasında Azərbaycan məktəbinin nəhəng rolu danılmazdır. Əminik ki, bu tarixi dövr jurnalımızın da böyük qayıdışı olacaq! 

“Azərbaycan məktəbi”nin yolunu tutanlardan olun!


 

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ