ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Şəxsiyyətyönlülük İdeyalarının Tarixi Əhəmiyyəti və Gənc Nəslə Aşılanması Yolları

Məqalədə sosial-iqtisadi həyatın tərkib hissəsi olan təhsil prosesində cərəyan edən şəxsiyyətyönlülüyün təmin olunmasına verilən ənənəvi və müasir tələblər sisteminin qoyuluşundan, onun tarixi-müqayisəli təhlil məsələlərindən bəhs edilir. Xüsusən, ənənəvi paradiqmalarla yanaşı, müasir tendensiyalara əsaslanan, vətəndaş-cəmiyyət vəhdətindən irəli gələn milli və ümumbəşəri dəyərlər nümunəsindən faydalanmağın didaktik səciyyə daşıyan prioritet istiqamətləri haqqında mühakimələr yürüdülür. Araşdırılan problemin ən ümdə məqsədi keçmiş tarixi irsimizdə və bu gün təhsildə şəxsiyyətyönlülüyün təmin olunmasının böyüyən nəslin milli ruhuna, inkişaf dinamikasına, humanist və xəlqi keyfiyyətlərinə olan təsir imkanlarının müəyyənləşdirilməsidir. Məqalədə həm də Azərbaycan maarifpərvərlərinin şəxsiyyət tərbiyəsi ilə bağlı mütərəqqi ideyalarından bəhrələnməyin səmərəli yolları da açıqlanmışdır.
 

Açar sözlər: Təhsilin humanistləşdirilməsi, şəxsiyyətyönlülük tərbiyəsi, kamil şəxsiyyət, humanist pedaqogika

TƏRƏFDAŞLARIMIZ