ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda distant təhsil: problemlər və perspektivlər

Müasir zamanın tələblərinə uyğun olaraq distant təhsilin geniş tətbiqi
daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil
sayəsində ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən
səbəblərə görə təhsilini davam etdirə bilməyənlər də rahat təhsil alır.
Dünyanın bir çox ali təhsil müəssisələrində olduğu kimi Azərbaycanda
da bu təhsilalma forması tətbiq edilməkdədir. Xüsusilə son dövrlərdə
bu təhsilalma formasına çox önəm verilir. Ümumi təhsil müəssisələrində
və universitetlərdə tədris prosesi tələbata uyğun hazırlanmış müvafiq
proqramlar üzrə həyata keçirilir. Professor-müəllim heyəti üçün distant
təhsillə bağlı xarici mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq
təlimlər təşkil edilir. Təlimlərdə xüsusi yaradılmış platforma haqqında
məlumatlar verilir, distant təhsildə istifadə olunan metodlar və
texnologiyalar nəzərdən keçirilir. Məqalədə distant təhsil sahəsində
atılan addımlar, görülən işlərlə yanaşı, dünyanın aparıcı elm mərkəzlərinin
təcrübələrindən, onların Azərbaycanın təhsil müəssisələrinə
tətbiqi məsələlərindən söz açılır.

Açar sözlər: Azərbaycan, distant təhsil, məktəb, universitet.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ