ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər

Ali pedaqoji təhsildə tələbələrdə ən vacib kompetensiyalardan biri də
ingilis dilinin keyfiyyətli şəkildə mənimsənilməsidir. Tələbə nailiyyətlərinin
obyektiv qiymətləndirilməsi ali təhsildə müasir təhsil paradiqmalarından
biri hesab edilir və onların akademik səviyyələri haqqında
etibarlı məlumatları təmin edir. Bu keyfiyyətin əsas amili isə ingilis
dilinin qazanılma səviyyələrini düzgün müəyyən edən obyektiv
qiymətləndirilmə prosesidir. Bu tədqiqat işinin məqsədi ali pedaqoji
təhsildə tələbələrin ingilis dilindən bilik və bacarıqlarının qiymətləndirilməsində
qarşıya çıxan problemlərin araşdırılması və təhlillərin
nəticələrini təqdim etməkdir. Qiymətləndirmə tədrisdə ən çox mübahisə
doğuran bir sahə olduğu üçün bu istiqamətdə səmərəli araşdırma
problemlərin həllinə kömək edə bilər. Tədqiqatda anket sorğularının
həyata keçirilməsində 16 tələbə, 5 müəllim iştirak etmiş, qısa müsahibə
və açıq suallardan istifadə olunmuşdur. Suallar ingilis dilinin tədrisində
yeni məzmunun qazanılması, təlim nəticələrinə uyğun qiymətləndirmə
növlərinin düzgün tətbiqi və davamlı qiymətləndirmədə müəllimin
metodiki işinin təşkilinə hədəflənmişdir. Məqsəd tələbələrin bu sahədə
üzləşdikləri problemləri və çatışmazlıqları aradan qaldırmaq, beynəlxalq
qiymətləndirmə prinsiplərini, yeni strategiyaları və yanaşmaları izah
etməkdir.

Açar sözlər: Dil bacarıqları, formativ qiymətləndirmə, kompetensiya, təhsil paradiqmaları, kurikulum

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ