ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Təhsilin nəzəriyyəsi və tarixi: fəaliyyətin trayektoriyası

Məqalə Azərbaycan Respublikasının Təhsil İnstitutunun 90 illik
yubileyinə həsr olunub. Burada institutda, o cümlədən onun aparıcı
şöbələrindən biri olan Təhsilin nəzəriyyəsi və tarixi şöbəsində aparılan
elmi tədqiqatlara münasibət bildirilir. Şöbənin keçdiyi tarixi yol elmipedaqoji
baxımdan təhlil edilir və indiki dövrdə aparılmış tədqiqatların
nəticələri xülasə şəklində verilir. Məqalədə Aleksandr Makovelski, Boris
Komarovski, Bəkir Çobanzadə, Mərdan Muradxanlı, Zəkəriyyə Mehdizadə,
Mehdi Mehdizadə və başqa görkəmli elm xadimlərinin pedaqogika
elminə verdiyi böyük töhfələrdən bəhs olunur. Araşdırmalardan
aydın olur ki, təhsilin nəzəriyyəsinə və tarixinə dair tədqiqat mövzuları
son dərəcə aktual pedaqoji problemlərə həsr olunmuşdur. Həmin
problemlər bu cür qruplaşdırılır: təlim prosesində inkişafyönlülük prinsipinin
tətbiqi; təhsilin modernləşdirilməsinin elmi-nəzəri əsasları;
təlim prosesinin optimallaşdırılması; innovasiyaların yeni pedaqoji
texnologiyalar və İKT-nin tətbiqi ilə reallaşması imkanları; təhsilalanlarda
əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması; ehtiyat dərsliklərin
hazırlanmasının ümumpedaqoji məsələləri; şagird nailiyyətlərinin
qiymətləndirilməsinin pedaqoji əsasları; ümumtəhsil məktəblərində
öyrənmə mühitinin təkmilləşdirilməsi; şagirdlərdə iqtisadi
bilik və bacarıqların formalaşdırılması; şagirdlərlə tərbiyə işinin təşkili
mexanizmləri və s. Aparılan tədqiqatlar cəmiyyətin real ehtiyac və
tələbatlarından irəli gələn innovativ yanaşmaları əks etdirdiyi də
məqalədə öz əksini tapır.

Açar sözlər: Təhsilin nəzəriyyəsi və tarixi, Təhsil İnstitutu, pedaqojipsixoloji tədqiqatlar, metodoloji problemlər, təhsildə innovasiyalar

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ