ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
"Müəllimə kömək"

"Müəllimə kömək" - "Azərbaycan məktəbi" jurnalının ikinci sələfi sayılır.
 

İlk nömrəsi 1930-cu ilin noyabr ayında çap olunmuş "Müəllimə kömək" məcmuəsi pedaqoji jurnal olmaqla məktəbə, müəllimə kömək məqsədilə yaradılmışdı. 1930-cu ilin noyabr ayından 1941-ci ilin aprelinədək fəaliyyət göstərən "Müəllimə kömək" jurnalına bu illər ərzində İsmayıl Qasımov və bir neçə il Pənah Qasımov da redaktorluq ediblər. Bu 11 il ərzində jurnalın 8 buraxılışı olub.

"Müəllimə kömək" məcmuəsində əsasən müəllimlərə metodiki göstərişlər verilirdi. "Müəllimə kömək"də xarici, o cümlədən rus pedaqoqlarının tədqiqatlarına və təbliğinə geniş yer verilib. Azərbaycan və dünya pedaqoji fikrinin oxuculara çatdırılması sahəsində çox işlər görülüb. Həmçinin, ilk dəfə olaraq "Müəllimə kömək" jurnalının redaksiyasında xüsusi kitabxana yaradılıb.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ